İnnovasiyalar Agentliyi 2 milyon dollar qrant aldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) baş ofisinin və Azərbaycan nümayəndəliyinin səlahiyyətli şəxslərinin iştirakı ilə onlayn görüş keçirib.
Nazirlikdən verilən məlumata görə, görüşün məqsədi İnnovasiyalar Agentliyinin təklif etdiyi “Azərbaycanda innovasiya siyasəti üzrə yol xəritəsinin inkişafı vasitəsilə innovasiya tutumunun gücləndirilməsi” layihəsinin gələcək icrası üçün “İclas protokolu”nun müəyyənləşdirilməsi olub.
Tədbirdə yerli və koreyalı ekspertlər də iştirak ediblər.
İnnovasiya üzrə baş planın yaradılması, pilot layihənin həyata keçirilməsi və Azərbaycanda müvafiq sahə üzrə kadr potensialının gücləndirilməsi planlaşdırılır. Layihənin icrası üçün İnnovasiyalar Agentliyi 2 milyon ABŞ dolları məbləğində qrant alıb.
Sözügedən layihə innovasiya siyasətinin və onun icra prosesinin səmərəliliyinin artırılmasına, eyni zamanda Azərbaycanda dayanıqlı innovasiya sisteminin inkişafına töhfə verəcək. “Azərbaycanda innovasiya siyasəti üzrə yol xəritəsinin inkişafı vasitəsilə innovasiya tutumunun gücləndirilməsi” layihəsinin 2021-2024-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.
İnnovasiyalar Agentliyi qeyri-neft sektoruna aid fəaliyyət sahələrini dəstəkləyir. Qurum daha güclü və dayanıqlı iqtisadi fəaliyyətə xidmət etmək məqsədilə həm şəxsi biznes, həm də dövlət strukturları səviyyəsində innovasiyaların tətbiqinə yönələn layihələrin reallaşdırılmasını planlaşdırır.
Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat sonra
-
- 12 d. əvvəl
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















