Azərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclası keçirilib
Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Azərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclası keçirilib. İclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adxam İkramov, Özbəkistanın Azərbaycandakı səlahiyyətli səfiri Baxrom Aşrafxanov, Azərbaycanın Özbəkistandakı səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistan Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədr müavini Uluğbek Azamov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İnvestisiyaların Təşviqi Departamentinin direktoru Zöhrab Qədirov, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Rüfət Atakişiyev, Özbəkistan Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin direktor müavini Alişer Temirov və sahibkarlar iştirak ediblər.
Şuranın iclasını açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, ölkələrimizdə mövcud siyasi sabitlik iqtisadiyyatımızın inkişaf üçün əsas münbit şərait yaradır. Onun sözlərinə görə, erməni separatçılarının Azərbaycan torpaqlarını işğal etməsi uzun müddət region üçün potensial risk yaradırdı.
Azərbaycanın əks-hücum əməliyyatı nəticəsində qazanılan Böyük Qələbəyə görə ölkə sahibkarları adından prezident İlham Əliyevə və Şanlı Ordumuza təşəkkür edən M.Musayev bir milyondan çox qaçqın və köçkün azərbaycanlının öz doğma yurdlarına qayıdacağını qeyd edib. “İşğal zamanı Azərbaycan vətəndaşlarına, eləcə də dövlətə məxsus böyük həcmdə mülklər məhv edilib. Hazırda işğal altında qalan torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması prosesi davam edir. Cenevrə konvensiyasına zidd olaraq Azərbaycan ərazisində qanunsuz məskunlaşdırma aparılıb və azərbaycanlıların evinə sığınan erməni separatçıları indi də vandalizm hərəkərlərini davam etdirirlər. Torpaqlardan çıxarkən ermənilər tərəfindən nadir ağaclar, flora və fauna məhv edilir, evlər yandırılır. Bu vurulan zərərin həcmi isə milyardla ölçülür”, - deyə M.Musayev vurğulayıb.
ASK prezidenti dövlətlərimiz arasında ticarət dövriyyəsinin həcminin 2019-cu ildə 82 milyon dollar olduğunu, Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələrin arealının genişləndiyini diqqətə çatdıran Konfederasiya prezidenti Naxçıvan kolidorunun açılması ilə Cənubi Qafqazı, Türkiyəni Orta Asiya türk dövlətləri ilə birləşdirəcək səmərəli tranzit əlaqələrinin yaranacağını söyləyib. Azərbaycan sahibkarlarının azad olunmuş torpaqların sosial-iqtisadi inkişafında böyük bir məsuliyyət daşıdığını qeyd edən M.Musayev Özbəkistan inevstorlarını Qarabağa sərmayə yatırmağa dəvət edib.
Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adxam İkramov İşgüzar Şuranın birinci iclasına uğurlar arzulayaraq, noyabrın 2-də Türk Ticarət və Sənaye Palatasının Bakı görüşü çərçivəsində onları qəbul etdiyininə görə Azərbaycan prezidenti möhtərəm İlham Əliyevə təşəkkürünü bildirib: “Azərbaycan münaqişənin həllinə nail oldu və “Qarabağ Azərbaycandır”, ifadəsini artıq bütün dünya qəbul etdi. Biz şadıq ki, haqq öz yerini tapır və bu, bizim üçün böyük qürurdur”.
İşgüzar Şuranın yaradılması ilə bağlı səylərinə görə M.Musayevə minnətdarlıq edən A.İkramov Azərbaycandan Özbəkistana gələn sahibkarları böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib. Onun sözlərinə görə, pandemiya olmasına baxmayaraq ötən 8-9 ay ərzində Özbəkistanda Azərbaycan kapitallı 65 müəssisə fəaliyyətə başlayıb. O bildirib ki, Özbəkistan Azərbaycan vasitəsilə Avropaya çıxa bilər və bu yolda Azərbaycan xüsusilə vacib geosiyasi məkanda yerləşir. “Özbəkistan daim Azərbaycanın dostudur və yanındadır”, - söyləyən Palata sədri Şurada təmsil olunan özbək sahibkarları haqqında iştirakçılara məlumat verib.
Tədbirin moderatoru Vüqar Zeynalov ilk Türk Ticarət Evinin Bakıda açılacağı ilə bağlı Türk Ticarət və Sənaye Palatasının qərarı olduğunu bildirərək, Azərbaycan-Özbəkistan işgüzar münasibətlərində daha intensiv yeni əməkdaşlıq dövrünün başlandığını qeyd edib.
Şuranın iclasında “Qarabağın iqtisadi potensialı ilə bağlı təqdimat” təqdim edilib və hər iki ölkənin əczaçılıq, turizm sektoru, investisiya imkanları, vergi-gömrük sistemi ilə bağlı suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
1 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
1 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?























