Türkiyədə ilk mənzilini alan və ilk dəfə evlənən vətəndaşlara dövlət pul verəcək
Türkiyə hökuməti ölkə vətəndaşlarına sosial dəstəyini gücləndirir.
Türkiyə mətbuatıxəbər verir ki, bu ölkədə ilk dəfə ev alanlara 15 min lirə (təxminən 7 200 manat), ilk dəfə evlənənlərə isə 5 min lirə (təxminən 2 400 manat) dövlət tərəfindən maliyyə yardımı veriləcək. Amma yardım almaq üçün bəzi şərtlər var.
Ev almaq istəyən şəxslərin adlarına daşınmaz əmlak olmamalı, 18 yaşına qədər ölkə banklarında mənzillə təminat üçün nəzərdə tutulmuş hesabı olmalıdır. Hesaba 30 min lirəyə (təxminən 14 300 manat) qədər pul yatırılmasına icazə verilir. Ailə qurarkən dövlətdən pul almaq istəyənlər isə bunu 27 yaşına qədər reallaşdırmalıdırlar.
Türkiyə Ailə və Sosial Siyasət Nazirliyinin məlumatına görə, ötən il hökumət sosial məqsədlərə 32 mlrd. lirə (təxminən 15,3 mlrd. manat) xərcləyib. Bu vəsaitdən 3,154 mln. ailə faydalanıb.
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat sonra
-
- 19 d. əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















