Qızılın ucuzlaşmasının davam edəcəyi proqnozlaşdırılır
Avrozonada deflyasiya risklərinin artması, beləliklə, AMB-nin yumşaq monetar siyasətinin daha da genişləndirilməsi ehtimallarının yüksəlməsi, birjalarda peyvəndə dair müsbət xəbərlərə reaksiyanın da aşırı qiymətləndirilməsi və Breksit danışıqlarında hələ də razılaşmanın əldə olunmaması fonunda güvənli liman maliyyə aləti olan dollara tələb yenidən artır.
EUR/USD 1.2050 HƏDLƏRİNİ TEST ETDİ
EUR/USD valyuta cütlüyünə bir saatlıq qrafikdə nəzər yetirdikdə, qiymətin ucuzlaşaraq 1.21$-ın altında ticarət edildiyinin şahidi oluruq. Asiya sessiyasında bahalaşan məzənnənin, 1.21$-ın altında qaldıqca, ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır. Təhlillərə əsasən, 1.2074 səviyyəsi aşağıya doğru qırılarsa, növbədi hədəfləri 1.2040 və 1.2000 hədləri ola bilər.
FUNT YENİDƏN 1.34 HƏDLƏRİNİN ALTINDA
GBP/USD cütlüyü də 1.35$ müqaviməti ilə rastlaşaraq, ucuzlaşmağa başlayıb və ucuzlaşma 1.3366$-a kimi davam edə bilər. Bu hədd qırılarsa, növbəti hədəfləri 1.3312 və 1.3230$ ola bilər.
QIZILDA 5%-LİK UCUZLAŞMA
Qızılın bir unsiya üzrə qiymətinin 1821$ - önəmli dəstək səviyyəsinə yaxın ticarət edilməsi, bu həddin qırılacağı ehtimallarını da artırıb. Bu baş verərsə, ucuzlaşmanın 1806$ və 1786$ hədlərinə kimi davam edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 16:45-də AMB-nin faiz dərəcələri ilə bağlı qərarı açıqlanacaqdır. Həmçinin saat 17:30-da ABŞ-dan inflyasiya göstəriciləri dərc olunacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)








.jpg)








