Məşğulluğun leqallaşdırılmasının nəticəsi açıqlandı – 327 MİN ARTIM
Son üç ilə yaxın dövrdə əmək müqavilələrinin sayı 25% və ya 327 min artıb. Əməkhaqqı fondunda isə 77% artım olub
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ölkəmizdə məşğulluq imkanlarının artırılması və qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında əhəmiyyətli artıma imkan verib.
2018-ci ilin əvvəli ilə müqayisədə 2020-ci ilin 1 dekabr tarixinə əmək müqavilələrinin ümumi sayı 25% (327 min müqavilə) artıb. Onlardan 46%-i (230 minə yaxını) özəl, qalan hissəsi dövlət sektorunun payına düşür.
Ötən dövrdə əməkhaqlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək bazarının inkişafına təkan verən amillər olmaqla, əmək münasibətlərinin leqallaşmasına da müsbət təsirini göstərib.
Əməkhaqlarında ardıcıl artım dinamikası nəticəsində isə qeyd edilən dövrdə əməkhaqqı fondunda 77 % artım (o cümlədən dövlət sektorunda 84%, özəl sektorda 70%) özünü göstərib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
6 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
6 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
6 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 6 saat əvvəl
-
6 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
