KOBİA Türkiyə Prezidenti yanında İnvestisiya Ofisi ilə əməkdaşlıq edəcək
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
KOBİA-dan bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisinin sədri Burak Dağlıoğlu tərəfindən imzalanmış sənəddə qarşılıqlı investisiya qoyuluşu və bu sahədə əməkdaşlığın həyata keçirilməsi üçün müvafiq təşkilatlar və qurumlar arasında danışıqların aparılmasına dəstəyin göstərilməsi, informasiya və qabaqcıl təcrübə mübadiləsi, investisiya fəaliyyəti sahəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili kimi əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.
Qeyd edək ki, imzalanma dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi çərçivəsində baş tutub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
3 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
3 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?























