“Topladığımız yunu anbarda güvə yeyir”
"Yun-əyirici və emal fabriklərinin tikintisi başa çatsa, həmçinin bizim müxtəlif ölkələrdə nümayəndəliklərimiz açılsa, dövlətə xeyir verəcəyik. Aidiyyatı qurumlar gərək bunu bilsinlər"."Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovun müsahibəsi.
- Vidadi müəllim, 2020-ci il başa çatmaq üzrədir. Amma rəhbərlik etdiyiniz səhmdar cəmiyyəti 2019-cu ilə aid maliyyə göstəricilərini (maliyyə hesabatını) hələ də açıqlamayıb.
- Maliyyə hesabatımızın üzərində hazırda auditor işləyir (bir fiziki şəxslə müqavilə bağlamışıq), yaxın günlərdə açıqlayacağıq. Koronavirus (COVID-19) pandemiyasına görə bir az gecikmə oldu.
- 2018-ci ilin yekununda “Azərxalça”nın 5 milyon manata yaxın yığılmış zərəri var idi. 2019-cu ildə necə işlədiniz? Mənfəət əldə edib zərəri azalda bildiniz yoxsa yenə də zərərlə işlədiniz?
- Zərərlə işlədik. Bunun da səbəbi odur ki, “Azərxalça”nın bir şirkət kimi qurulması başa çatmayıb. Bu barədə İqtisadiyyat Nazirliyinə məktublar da yazmışıq, problemlərimizi bildirmişik.
- Əsas problemləriniz nədir?
- Bizim hazırda 21 filialımız var. Bu filialların fəaliyyəti üçün iplik lazımdır. Biz tədarük etdiyimiz yunu əyirib iplik istehsal etməliyik ki, xalça toxuyaq. Amma bunun üçün yun-əyirici fabrikimiz hələ ki, hazır deyil. İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında inşa olunan fabrikdə işlərin 65%-i görülüb. Pandemiya işi başa çatdırmağa imkan vermir. Odur ki, yun tədarükü məntəqələrimiz vasitəsilə topladığımız yunu anbarda güvə yeyir. Biz də məcbur olub xaricdən iplik alırıq.
Bundan başqa, xalça emalı fabrikimiz də hələ ki, yoxdur. Onun tikintisi üçün dövlət investisiyasına ehtiyac var. Xalça toxunandan sonra bir növ “yuyulmalıdır”, sonra satışa çıxarılmalıdır. Emal prosesini də yaxın münasibətdə olduğumuz “Azər İlmə” MMC-nin emal fabrikində həyata keçiririk. Bu günə qədər onlar istehsal etdiyimiz 22 000 kvm xalçanın 4 500 kvm-ni pulsuz yuyublar. Elə “Azərxalça”nın 3 min nəfərlik toxucu heyəti də həmin şirkətdən ilkin mərhələdə işə qəbul etdiyimiz peşəkar insanların hesabına formalaşıb.
- Onda belə çıxır ki, bu günə qədər idxal iplik və kənarda emal hesabına fəaliyyət göstərmisiniz.
- Bəli, bu cür yolla xalça istehsal edib həm daxili, həm də xarici bazarlarda satmışıq. İxrac üçün Azərbaycan xalçasını Almaniyada sərgilərə çıxarmışıq, həm bu ölkədə, həm də ABŞ, Yaponiya və Rusiyada 100-ə yaxın xalça satmışıq. Amma bizim əsas məqsədimiz odur ki, topdan satış edə bilək. Amma xalçanı topdan almaq istəyənlər ipliyin mənbəyini və xalçanın emal yerini bilmək istəyir. Biz isə idxal etdiyimiz ipliklə xalça toxumaq istəmirik. Özümüzün əyirdiyimiz yundan iplik olsa, bu zaman satacağımız xalça brend hesab ediləcək. Xarici alıcılar xalçanın istehsal şəraitinə baxırlar.
- Dediyiniz problemlər həll olunsa, “Azərxalça” dövlətə xeyir verən şirkətə çevrilə bilərmi?
- Azərbaycanda "Azərxalça" kimi şirkət yoxdur, bu bir növ milli dəyərdir, amma ona münasibət dəyişməlidir. Azərbaycan xalça vətənidir, ölkəmizdə 9 növ xalça toxunur. “Azərxalça” da dünyada yeganə dövlət şirkətidir ki, xalça istehsal edir. Yun-əyirici və emal fabriklərinin tikintisi başa çatsa, həmçinin bizim müxtəlif ölkələrdə nümayəndəliklərimiz açılsa, dövlətə xeyir verəcəyik. Aidiyyatı qurumlar gərək bunu bilsinlər.
"Report"
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























