Bank BTB aztəminatlı əhali qrupları üçün yeni pulsuz xidmət paketini təqdim edir.
(®️) Bank BTB hər zaman əhalinin sosial rifahını yaxşılaşdırmaq, məşğulluğu artırmaq, yoxsulluğu azaltmaq məqsədilə keçirilən müxtəlif layihələrdə aktiv iştirak edir.
Belə ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində Bank BTB öz növbəsində aşağı gəlirli əhali qrupu üçün “Baza bank xidmətləri paketi” ni təqdim edir. Paketə daxil olan pulsuz xidmətlər siyahısını nəzərinizə çatdırırıq:
- Milli vayutada cari hesabın açılması;
- Pulsuz debet kartı;
- Pulsuz İnternet Banking ve Mobile Banking xidmətləri;
- Bir təqvim ayı ərzində yaşayış minimumu həcmində vəsaitin Bank BTB-nin bankomatlarında/POS terminallarında nağdlaşdırılması və ölkədaxili köçürmə əməliyyatlarının aparılması;
- Elektron poçt üzrə məlumatlandırma sisteminə pulsuz qoşulma;
- Cari hesab üzrə aparılmış əməliyyatlar üzrə elektron çıxarışın pulsuz təqdim edilməsi.
Qeyd edək ki, “Baza bank xidmətləri paketi” ndən istifadə aşağı gəlirli əhali qrupunun rəqəmsal maliyyə xidmətlərinə çıxışını genişləndirərək zəruri bank əməliyyatlarını daha əlçatan edir və hazırki pandemiya şəraitində sağlamlığı qorumaq məqsədilə insanlarla daha az ünsiyyətdə olmağı təmin edir.
“Baza bank xidmətləri paketi” və ya digər məhsul və xidmətlərdən yararlanmaq istəyən şəxslər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
8 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
-
9 saat əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
10 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur






























