Azərbaycan xarici dövlət borcu açıqlandı
"Büdcə zərfi"nə daxil olan məlumatlardan əsasən, hazırda xarici dövlət borcunun həcmi 8,9 milyard ABŞ dolları təşkil edir.
Bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə bildirilir.
Xatırladaq ki, bu, İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən 2020-ci ildəki gözlənən ÜDM-in 21,1%-nə bərabərdir.
Qeyd olunub ki, Azərbaycanın xarici dövlət borcunun 2020-ci ilin gözlənilən ÜDM-ə nisbəti 21,3% səviyyəsində olacağı nəzərdə tutulub.
"Cari il üçün birbaşa dövlət borcunun ÜDM-ə nisbəti üzrə proqnozlaşdırılmış göstərici Strategiya ilə müəyyən edilmiş hədəfə uyğundur. Dövlət borcunun 2020-ci ilin gözlənilən ÜDM-nə nisbəti 21,3% səviyyəsində nəzərdə tutulub. Həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlılığını təmin edilməsi 1-ci strateji məqsəd kimi müəyyənləşdirilmiş və bu məqsədlə 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30%-dən çox olmaması və 2025-ci ilədək 20%-dən aşağı salınması hədəfi gözləniləcək. Hazırda bu nisbət ötən illə müqayisədə 0,6 faiz bəndi artsa da, Strategiyada müəyyən edilən hədəfə uyğundur", - rəydə deyilir.
Həmçinin qeyd olunub ki, növbəti il üçün dövlət borcu və öhdəliklərinin maliyyələşdirilməsi ilə bağlı proqnozlaşdırılmış göstərici (müvafiq funksional təsnifat üzrə) 7,7% olmaqla Strategiya ilə müəyyən edilmiş hədəfə uyğundur.
Strategiyada ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15%-dən aşağı olması müəyyən edilib.
Qeyd edək ki, beynəlxalq təcrübədə borcun xərclərə deyil, gəlirlərə nisbəti əsas götürülür. Hazırda strategiyada müəyyən edilən hədəf isə özündə iqtisadi mahiyyət ehtiva etmir. Məhz bu səbəbdən Hesablama Palatası tərəfindən aparılan qiymətləndirmələrdə analitik göstərici kimi məhz borca xidmətlə bağlı xərclərin büdcə gəlirlərinə nisbəti əsas götürülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
53 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















.jpg)


