Neft qiymətləri ABŞ-da yanacaq məhsulları ehtiyatlarının artması ilə düşür
Neft qiymətləri, investorların diqqətlərini, ABŞ-da azalmaqda olan neft ehtiyatları əvəzinə, artması gözlənilən yanacaq məhsulları ehtiyatlarına çevirmələri ilə aşağı düşür.
ABŞ-da Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqlayacağı məlumatların, analitiklərin proqnozlarına görə, benzin və digər neft məhsulları ehtiyatlarının ötən həftə artdığını göstərməsi gözlənilir.
Bununla bərabər, xam neft qiymətlərinin düşməsinin ardıcıl dördüncü həftədə də davam edəcəyi gözlənilir. ABŞ-da sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu Çərşənbə günü ehtiyat göstəricilərini açıqlayacaqdır.
"Marja" xəbər verir ki, neft qiymətləri, ABŞ-da artan neft hasilatının, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər bəzi istehsalçıların hasilatı azaltmalarını silə biləcəyi narahatlıqları ilə düşüb.
Sektorun məsləhət şirkətlərindən biri olan FGE-nin sədri Fereidun Fesharaki, OPEC-in May ayındakı nazirlər səviyyəsindəki iclasında hasilatın azaldılması müqaviləsini uzatmasının haradasa qəti olduğunu, sektor göstəricisinin ABŞ-da qazılan neft quyusu sayının iki ilin ən yüksək səviyyəsinə çıxdığını göstərdiyini bildirib.
0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!
"Samsung Futures Inc."ın əmtəə analitiki Honq Sunq Ki, "ABŞ-da artan neft məhsulları ehtiyatları, zavodların, OPEC rəhbərliyi altındakı qrupun hasilatın azaldılması razılaşmasını uzatmasından əvvəl təklifi artırmaqda olduğu anlamına gələ bilər, ancaq bazar hələ də bunların anormal artmasından dolayı narahatdır" deyib və "Bu nöqtədə, OPEC və digər istehsalçıların müqaviləni İyun ayından sonraya uzadacağına əminik" şəklində bildirib.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas neft (WTI) Nymex birjasında 10 sent düşərək bareli 48.74 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 7 sent düşərək bareli 51.45 dollara enib.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
-
- 33 d. əvvəl
-
42 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər






















