Dərman şirkətlərinin və apteklərin rəhbərləri Dövlət Xidmətinə çağırılıb
Onlara ciddi xəbərdarlıq edilibKoronavirus pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbatın artması nəticəsində bəzi işbazlar tərəfindən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satılması və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılması halları müşahidə olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Marja-ya verilən məlumata görə, bu halların vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlər daha da gücləndirilib.
Dərman vasitələrinin satışı bazarında mövcud vəziyyətin müzakirəsi məqsədilə iri dərman idxalçıları və aptek şəbəkələrinin rəhbərləri ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində görüş keçirilib.
Görüşdə dərman təminatında problemlər müzakirə edilib, dövlət qeydiyyatından keçən dərman vasitələrinin təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə satışının, habelə artan tələbatdan sui-istifadə edərək dərman vasitələrinin əsassız olaraq dövriyyədən çıxarılmasının qanun pozuntusu olduğu vurğulanıb. Dövlət Xidmətinin aptek şəbəkələrində keçirdiyi monitorinqlər zamanı belə halların müəyyən ediləcəyi təqdirdə qanunvericilik çərçivəsində ən ciddi məsuliyyət tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb.
Eyni zamanda sahibkarlara dərman vasitələrinə olan tələbatın tam ödənilməsi üçün zəruri dərman vasitələrinin idxalının artılılması tövsiyə edilib.
Görüşdə dərman idxalçıları tərəfindən səsləndirilən təkliflər dinlənilib, ümumilikdə dərman bazarı sahəsində mövcud vəziyyət müzakirə olunub, onlara qanunvericiliyin tələbləri izah edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
10 d. əvvəl
Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində Anlaşma Memorandumu imzalanıb
- 16 d. əvvəl
- 31 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İlham Əliyevin Paşinyan ilə görüşü keçirilir
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
Ən çox oxunanlar
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib
Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb

























