Azərbaycanda yeni Müalicə və İstirahət Kompleksi tikilir
Culfa rayonunda Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin tikintisi davam etdirilmişdir.
Marja xəbər verir ki, bunu Dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında Ali Məclisin sədri Vasif Talıbov bildirib.
Darıdağ arsenli su dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə də sübut olunub. Ona görə də Darıdağ arsenli sudan müalicə məqsədilə geniş istifadə olunması diqqətdə saxlanılır. Bu məqsədlə ərazidə yeni kompleks inşa olunacaq, 4 mərtəbədən ibarət əsas korpusda otel və xidmət sahələri yaradılacaqdır. Burada qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait yaradılacaqdır.
Culfa rayonunun 15 kilometr şimal-şərqində olan Darıdağ arsenli termal suyu qoturluq, sarıyara, piyadermeya kimi bir çox dəri xəstəlikləri üçün müalicəvi əhəmiyyətə malikdir. Həmin xəstəliklərin müalicəsi üçün Darıdağ suyunda vanna qəbul edilməlidir. Müalicə seanslarının müddətləri xəstəliyin növü və kəskinlik dərəcəsindən asılı olaraq fərqlidir.
Darıdağ arsenli termal suyunun mənbədən çıxan istilik dərəcəsi +520C-dir. Ancaq müalicə vannalarında suyun istilik dərəcəsi +37-390C təşkil edir. Bütün bu xüsusiyyətlər Darıdağ suyunu nəinki Qafqazda, hətta bütün dünyada olan arsenli sular içərisində birinci yerə çıxarır. Darıdağ arsenli su mənbələri hələ XV əsrdən mövcud olduğuna baxmayaraq XX əsrin ortalarına qədər həmin ərazidə heç bir səhiyyə obyekti və müalicəxana olmamışdır. 1978-ci ildə ilk dəfə 5 vanna həcmində müalicəxana tikilmişdir. 2005-ci ildən Darıdağ ərazisində 2 yeni müalicəxana korpusundan istifadə edilir. Korpuslarda tibbi yardım göstərməyə geniş şərait və imkanlar vardır. Korpuslarda 1 saat ərzində 25-30 xəstə qəbul etmək mümkündür.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















