İnvestorlar 16 məhsulda qazanıb, 2 məhsulda itirib - SİYAHI
Əmtəə bazarında keçən il sərmayəçisinə ən çox qazandıran 47,8% ilə gümüş olub
Marja-nın əmtəə bazarında ticarət olunan 18 məhsulun qiymət hərəkətlərindən topladığı məlumatlara görə, 2020-ci ildə 16 məhsul sərmayəçisinə qazandırıb, 2 məhsul ziyana salıb.
Marja xəbər verir ki, yeni növ koronavirus (Kovid-19) epidemiyasına dair müsbət xəbərlər, ölkə iqtisadiyyatlarının normala dönməyə başlaması, əmtəə qiymətlərinin istehsal xərclərinə yaxınlaşması səbəbilə reaksiya alışlarındakı artım, əmtəə pul vahidlərinin dollar qarşısında dəyər qazanması və istehsal proqnozlarındakı azlama, 2020-ci ildə əmtəə qiymətlərinə müsbət təsir edib.
Joe Biden-in ABŞ seçkini qazanmasının əmtəə bazarı üçün ümumiyyətlə müsbət bir gözlənti meydana gətirməsi, ABŞ Nümayəndələr Palatasının iqtisadi dəstək paketindəki nağd pul dəstəyini təsdiqləməsi, Avropa Birliyi (AB) liderlərinin xilasetmə proqramı və büdcə mövzusunda razılaşması, AB və Birləşmiş Krallıq arasında imzalanan ticarət razılaşması da əmtəə qiymətlərinə müsbət təsir edən faktorlar arasında yer alır.
Keçən il əmtəə bazarında sərmayəçisinə ən çox qazandıran 47,8% ilə gümüş olub. Gümüşün ardınca 37,2% ilə soya paxlası, 26,4% ilə paladyum, 26,1% ilə mis gəlir.
2020-ci ildə qızıl 25,2%, qarğıdalı 24,8%, sink 19,7%, nikel 19,3%, təbii qaz 15,4%, buğda 14,6%, şəkər 13,9%, pambıq 12,9%, platin 11,5%, alüminium 11,1%, qurğuşun 2,8% və kakao 2,5% dəyər qazanıb (bahalaşıb).
Keçən il Brent nefti 22,8% və qəhvə 1,1% dəyərdən düşüb (ucuzlaşıb).
Gümüş 2020-də "etibarlı liman" olaraq qəbul edildi
Analitiklər, 2020-ci ildə gümüşün "etibarlı liman" olaraq görülməsinin və hasilatında müşahidə edilən problemlərin gümüş qiymətlərini dəstəkləyən ən əhəmiyyətli faktorlar olduğunu bildirirlər. ABŞ-da seçkini qazanan Joe Bidenin "bərpaolunan enerjini" önə çəkməsi də gümüş qiymətlərinə müsbət əks olunub.
Gümüşün günəş panelləri istehsalında istifadə edildiyini qeyd edən analitiklər, daha çox günəş paneli tələbinin daha çox gümüş tələbi düməkdir. Buna görə, gümüş qiymətləri yüksəlir.
Çinin artan alışları və Cənub Amerikadakı quraqlıq səbəbilə istehsalında gözlənilən azalma ötən il soya paxlası qiymətlərinin yüksəlməsinə səbəb olub.
Bərpaolunan enerji məsələsinin daha çox önə çıxmasına görə, misə olan tələbin də artacağı gözləntiləri bu metalın bahalaşamasına təkan verib.
Qızılda son 10 ildəki ən yüksək bahalaşma
Kovid-19 səbəbilə "etibarlı liman" aktivlərindən qızıla olan tələb keçən il artıb. Qızılda, 2020-ci ildə son 10 ildəki ən yüksək dəyər artımı baş verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 d. əvvəl
-
-
24 d. əvvəl
Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
-
29 d. əvvəl
“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
-
48 d. əvvəl
Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar
-
1 saat əvvəl
Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
-
1 saat əvvəl
Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
-
1 saat əvvəl
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
