“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib
(®️) Məlumat verdiyimiz kimi Kapital Bank tərəfindən yaradılan “Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu mütəmadi olaraq müxtəlif xeyriyyə tədbirləri təşkil edilir. Növbəti tədbir, qürbətdə və Azərbaycanda yaşayan mütəxəssislər qrupundan ibarət “International Community of Azerbaijan”ın təşkilatçılığı ilə 10 yanvar 2021-ci il tarixində olub. “Qarabağın səsi” (“Voice of Karabakh”) adlı onlayn tədbiri keçirməkdə məqsəd, Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardım göstərməkdir.
Proqramda Fidan Hacıyeva, Miri Yusif, Tünzalə, Azad Şabanov, Murad Arif, Mirələm Mirələmov və bir çox başqa istedadlı ifaçılar iştirak edib. Bu tədbir vasitəsilə gələn bütün ianələr və humanitar yardım “Qırmızı Ürəklər” Xeyriyyə Fondu vasitəsilə aidiyyəti üzrə ünvanlara çatdırılacaq. Tədbirə YouTube kanalında baxmaq mümkündür – https://www.youtube.com/watch?v=fLzcNYYuXt8&feature=youtu.be. İanə etmək istəyənlər videoda qeyd edilən formada və ya BirBank tətbiqinin “Xeyriyyəçilik” bölməsi vasitəsilə həyata keçirə bilərlər.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun yaradılmasında əsas məqsəd cəmiyyətimiz üçün faydalı işlər görməkdir. 2019-cu ilin dekabr ayında yaradılan fondun üzvlərinin əksəriyyəti, Kapital Bank-ın könüllü əməkdaşlarından ibarətdir. Fondun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)

















