Mağazalarda ödəniş üçün daha bank kartlarınada gərək qalmadı

(®️) Azərbaycan Beynəlxalq Bankı müştərilərə daha bir imkan yaradıb. Bankın partnyor alış-veriş mərkəzlərindəki yeni nəsil POS terminalları vasitəsilə indi ödənişləri nağd pul və bank kartı olmadan da aparmaq mümkündür. Ödəniş POS terminaldakı QR kod vasitəsilə birbaşa müştərinin hesabından aparılır. Bu imkan Azərbaycan Respublikası Mərkəzi Bankının bir neçə ay əvvəl istifadəyə verdiyi Ani Ödənişlər Sistemi çərçivəsində təmin edilib. Artıq Bakı və Abşeron rayonu üzrə “Neptun” mağazalar şəbəkəsində malların dəyərinin Azərbaycan Beynəlxalq Bankının yeni nəsil POS terminalları ilə rahat və təhlükəsiz şəkildə ödənişi uğurla sınaqdan keçirilib.
Ödənişlərin POS terminallarda QR kodla aparılması ən müasir nağdsız ödəniş üsullarındandır. Xüsusilə pandemiya dövründə gündəlik ödənişlərin tam təmassız, təhlükəsiz formada həyata keçirilməsi üçün bu, effektiv həlldir. Bu həll ödənişləri qəbul edən sahibkarlar üçün də əlverişli imkanlar yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabına köçür. Beləliklə, həmin vəsaitdən dərhal istifadə etmək olur.
Xatırladaq ki, Mərkəzi Bankın “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində yaratdığı Ani Ödənişlər Sistemi (AÖS) ötən ilin oktyabrından istifadədədir. Bu sistem fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən 24/7 rejimində istifadəçinin mobil telefon nömrəsi, email ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə aparılmasına imkan verir. Yeni nəsil POS terminallarda QR kodla ödəniş isə Ani Ödənişlər Sisteminin yeni innovativ həllərindəndir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “Azərbaycan Beynəlxalq Bankı Ani Ödənişlər Sisteminin üstünlüklərindən faydalanaraq müştərilərə yeni nəsil POS terminallarla belə bir imkanı yaradan ilk bankdır. Bu yenilik yüksək müştəri məmnuniyyəti yaradacaq və ölkəmizdə nağdsız ödəniş ənənələrini daha da inkişaf etdirəcək”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat sonra
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
7 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
9 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
10 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
10 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
