"2021-də icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq olunacaq"
04 fevral 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti icbari tibbi sığortanın 2020-ci il üzrə tətbiqi ilə bağlı mətbuat konfransı keçirib.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, dövlət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə səhiyyə sahəsində aparılan islahatların ən əhəmiyyətlisi icbari tibbi sığortanın ilkin mərhələdə ölkə üzrə tətbiqinə başlanılması olmuşdur.
Onun sözlərinə görə, ilkin hesablamalara görə icbari tibbi sığortanın 2020-ci ildə tətbiq edildiyi 23 şəhər və rayonda 1 milyon 147 min 834 nəfərə, Xidmətlər Zərfi çərçivəsində dövlət büdcəsinin vəsaiti hesabına 8 milyon 339 min 508 sayda tibbi xidmət göstərilmişdir: “Dövlətimiz ilkin mərhələdə bütün xərcləri öz üzərinə götürmüşdür və həmin ərazilərdə sığortahaqqı toplanılmamışdır. Bu dövlətimiz tərəfindən aparılan sosialyönümlü islahatın və əhaliyə göstərilən qayğının bariz nümunəsidir”.
“İcbari tibbi sığortanın tətbiqi nəticəsində vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artması təcili və təxirəsalınmaz tibbi yardım çağırışlarının ümumi sayında da öz əksini tapmışdır. Belə ki, 2019-cu il ilə müqayisədə 2020-ci ildə təcili və təxirəsalınmaz tibbi yardım çağırışları 82% artmışdır”, - deyə sədr bildirib.
Cərrahi əməliyyatlar üzrə göstəriciləri açıqladıqda Z.Əliyev qeyd edib ki, 23 inzibati ərazi üzrə 35 287 sayda cərrahi əməliyyat həyata keçirilib: “Xidmətlər Zərfi çərçivəsində təminata alınan cərrahi əməliyyatlara oynaqdaxili endoprotezlərin yerləşdirilməsi və koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi əməliyyatları ilə bağlı tibbi xidmətlər də daxildir. Bu iki tibbi xidmətin hər biri üzrə sığorta limiti bütün ölkə üçün illik 300 əməliyyatdır. Ötən bir il ərzində 23 şəhər və rayonda ümumilikdə 47 nəfər oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, 49 nəfər isə koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi ilə bağlı əməliyyat olunmuşdur”.
Z.Əliyev bildirib ki, 23 şəhər və rayonda tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təchizatının yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb: “Dərman vasitələrinin çeşid sayı 126-dan 334-ə, tibbi sərflərin çeşid sayı isə 116-dan 296-ya çatmışdır. 2021-ci il üçün xəstəxanaların ehtiyaclarına uyğun əsas dərman vasitələrinin siyahısının genişləndirilməsi nəzərdə tutulur”.
Hesabat dövründə səhiyyə işçilərinin fəaliyyətlərinin qiymətləndirilməsi və ölçülməsi məqsədilə Agentlik tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası təsdiq edilmişdir. Sədr vurğulayıb ki, yeni Qaydanın tətbiqi nəticəsində 23 şəhər və rayonun səhiyyə işçilərinə aylıq sabit və xidmətə görə həvəsləndirici əlavələr verilib. Nəticədə ötən il səhiyyə işçilərinə ümumilikdə 142 milyon 51 min manatdan çox vəsait ödənilib. Bu rəqəm 2019-cu il (98 milyon 975 min manatdan çox) ilə müqayisədə 43.52% çoxdur.
Sonda Z.Əliyev 2021-ci il ərzində icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiq olunacağını vurğulayıb, bununla əlaqədar Agentliyin qarşısında duran vəzifələrdən danışıb. Z.Əliyev bildirib ki, ilkin səhiyyə xidmətinin gücləndirilməsi, tibb müəssisələrinin optimallaşdırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir. Həmçinin tibb müəssisələrinin elektronlaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi sahəsində müvafiq işlərin icrası nəzərdə tutulub. Tibb müəssisələrinin əməkdaşlarının icbari tibbi sığortanın prinsip və qaydaları üzrə təlimatlandırılması, ümumi əhali arasında maarifləndirici tədbirlər davam edəcəkdir.
Sonda İdarə Heyətinin sədri Zaur Əliyev və İdarə Heyəti sədrinin müavini Nigar Bayramova jurnalistlərin suallarını cavablandırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
1 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 34 d. əvvəl
-
37 d. əvvəl
Expressbank Yevlaxda 50-dən çox sahibkar üçün “Maliyyə savadlılığı” təlimi keçirib
- 49 d. əvvəl
-
54 d. əvvəl
Media nümayəndələri “Made in Azerbaijan” brendini dünyaya tanıdan “Ulduz” fabriki ilə tanış olublar
-
1 saat əvvəl
"PAŞA Bank" bu iddiaya da cavab verdi - "12 MAYDA SƏHMLƏRƏ TƏLƏB TƏKLİFİ 100% + ÜSTƏLƏMİŞDİ"
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“İran ilə bağlanacaq müqavilə ya böyük və mənalı bir razılaşma olacaq ya da ümumiyyətlə razılaşma olmayacaq”
"PAŞA Bank" bu iddiaya da cavab verdi - "12 MAYDA SƏHMLƏRƏ TƏLƏB TƏKLİFİ 100% + ÜSTƏLƏMİŞDİ"
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Ən çox oxunanlar
İkiqat bayram! - Qurban Bayramında BÖYÜK endirimlər!
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"





















.jpg)


