"Keyfiyyətindən narazıdırlar, ay ərzində 200 manata qədər vəsait xərcləyir"
SORĞU: Sürücülərin 44%-i yanacağa ay ərzində 200 manata qədər vəsait xərcləyir“Media Təhlil Mərkəzi” tərəfindən yanacaqdan istifadə ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədi ilə 06-11 yanvar tarixləri arasında sorğu keçirilib.
Mərkəzdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, sorğuda iştirak edən 725 respondentin 13,2%-ini qadınlar, 86,8%-ini isə kişilər təşkil edib.
Sorğu nəticələrindən məlum olub ki, respondentlərin 85,2%-i avtomobil üçün nəzərdə tutulan yanacağın keyfiyyətindən narazıdır, 14,8%-i isə razıdır.
Respondentlərin 65%-i Aİ92 markalı benzindən, 18,5%-i Aİ95 markalı benzidən, 13,4%-i dizel yanacağından, Aİ98 markalı benzindən isə cəmi 2,4%-i istifadə etdiyini bildirib. Maye qaz istifadəçilərinin faiz nisbəti isə 0,4% olub.
Sorğulananların 43,9%-i ay ərzində yanacağa 100-200 manat, 25%-i isə 100 manata qədər pul xərclədiklərini bildiriblər. Aylıq büdcəsindən yanacağa 200-300 manat ayıranların faiz nisbəti 21,1%, 300 manatdan çox pul xərcləyənlərin faiz nisbəti isə 10% olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)





