Sığorta şirkətinin avtomobilləri hərrac yolu ilə satılıb
Ləğvetmə prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinin əsas vəsait və əmlakının bir hissəsinin hərrac yolu ilə satışı həyata keçirilib.
Ləğvetmə komissiyasından Marja-ya daxil olmuş məlumata görə, məhkəmənin müflis olma ilə əlaqədar 14 sentyabr 2020-ci il tarixində vermiş olduğu qərarın qüvvəyə mindiyi gündən etibarən sığorta şirkətinin balansında olan 11 ədəd avtomobil və bir sıra digər avadanlıqlar hərrac yolu ilə satılmışdır. Satılmış avadanlıqlar və avtomobillərdən ümumilikdə 130 min 743 manat vəsait əldə olunmuşdur.
Hərrac yolu ilə artıq satışı həyata keçirilən avtomobillər barədə ətraflı məlumat aşağıdakı cədvəldə təqdim olunmuşdur:
Şirkətinin əsas vəsait və əmlakının bir hissəsinin hərrac yolu ilə satışı “Bakı Hərrac Mərkəzi” MMC və “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən həyata keçirilmişdir.
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2020-ci il 19 may tarixli müvafiq qərarı ilə şirkətin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilmiş və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 sentyabr 2020-ci il tarixdə qüvvəyə minmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























