BTQ ilə Orta Asiyadan Türkiyəyə konteynerlə yükdaşımalar artıb
“ADY Konteyner” şirkəti Orta Asiyadan yüklərin cəlb edilməsi və ölkəmizin ərazisindən keçməklə dəmiryolu ilə Türkiyə və Avropaya nəqli istiqamətində fəaliyyətini davam etdirir.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, nazırda Özbəkistanın paytaxtı Daşkənddən Türkiyənin İskəndərun şəhərinə gedən 10, Özbəkistanın digər şəhəri Buxaradan Mersinə istiqamət götürən 30 konteyner yoldadır. 40 və 45 futluq konteynerlər Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra fider gəmisinə yüklənərək Bakı limanına gətiriləcək. Daha sonra konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə çatdırılacaq.
Buxaradan yola çıxan daha 15 konteyner isə Bolqarıstana istiqamət götürüb. Bu konteynerlər Türkmənbaşıdan Bakıya çatdırıldıqdan sonra Gürcüstanın Qara dənizdəki limanlarından birinə yola salınacaq. Oradan isə dəniz xətti ilə Bolqarıstana aparılacaq. Özbəkistandan Azərbaycana isə idxal yüklərinin daşındığı 17 konteyner çatdırılacaq. Konteynerlərin təyinat stansiyası Hacıqabuldur.
Yaxın günlərdə Özbəkistandan Türkiyə və Avropa istiqamətində daha 56 konteynerin dəmir yolu ilə daşınması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























