Manat bu valyutalara qarşı bahalaşıb
2020-ci il ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir.
MArja Mərkəzi Banka istinadən xəbər verir ki, manatın məzənnəsi türk lirəsinə, qazax tengsinə, rus rubluna, Ukrayna qrivnasına və gürcü larisinə qarşı bahalaşmışdır. Manat bu dövrdə avroya, İsveçrə frankına və yapon yeninə qarşı ucuzlaşmışdır.
Qeyd edilib ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, il ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 6.3%, real effektiv məzənnəsi isə 4.1% bahalaşmışdır. Azərbaycandakı inflyasiyanın ticarət tərəfdaşı olan ölkələr üzrə orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir göstərmişdir. Qeyd edək ki, 2014-cü ilin sonu ilə müqayisədə REM 30.9% ucuzlaşmışdır ki, bu da qeyri neft-qaz sektorunun rəqabət qabiliyyətinə müsbət təsir göstərən amildir
MARTDA DOLLARLAŞMA SÜRƏTLƏNMİŞDİ
2020-ci ildə Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə həm qrafikə uyğun, həm də qrafikdən kənar hərraclar təşkil olunmuşdur. İl ərzində Mərkəzi Bankda ümumilikdə 102 valyuta hərracı keçirilmişdir. Xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə yaranmış gözləntilərdən asılı olaraq Mərkəzi Bankın valyuta hərraclarında tələb aylar üzrə fərqli olmuşdur. Mart ayında bir çox ölkələrdə koronavirus (COVID-19) pandemiyasına qarşı karantin tədbirlərinin sərtləşdirilməsi fonunda qlobal əmtəə bazarlarında neftin qiymətinin əhəmiyyətli azalması ilə bağlı yaranmış gözləntilər nəticəsində dollarlaşma sürətlənmiş, daxili valyuta bazarında həm nağd, həm də qeyri-nağd valyutaya tələb kəskin artmışdır. Lakin vəziyyətə vaxtında verilmiş reaksiya, ARDNF-in vəsaitlərindən qabaqlayıcı rejimdə satış nəticəsində bazar tələbatının tam ödənməsi, olduqca mürəkkəb pandemiya şəraitində bankların mübadilə məntəqələrinin işinin effektiv təşkili, bazarla açıq kommunikasiya tez bir zamanda stabilliyə nail olmağa imkan vermişdir. Bankların valyuta mövqelərini tənzimləmək imkanı verən yeni alternativ maliyyə aləti tətbiq edilmişdir. Sonradan neftin dünya qiymətinin nisbi bərpası və tərəfdaş ölkələrin valyuta bazarında sabitləşmə nəticəsində gözləntilərin yaxşılaşması valyuta bazarında sabitliyi dəstəkləmişdir. Növbəti aylarda valyutaya tələbin azalması fonunda, ARDNF-in qabaqlayıcı satışları ilin sonuna tam bərpa olunmuşdur.
2020-ci ildə də manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdankənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. İl ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6991 manat, satış məzənnəsi isə 1.7025 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.0009 manat və satış məzənnəsi arasında fərq isə 0.0025 manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb






.jpg)










.jpg)






