“RANSAN” ASC bölünür

Keçmiş “Sumqayıt Kimya Tikinti” firmasının adı dəyişdirilərək “Ransan” firması kimi adlandırılmışdı. İndi də “RANSAN” ASC bölünür.
2017-ci il iyunun 9-u “RANSAN” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
“Marja ” ASC-nin elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “RANSAN” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin MMC-nin yaradılması.
2. “RANSAN” ASC-nin səhmdarı A.A.Novruzovun 61022,00 manat məbləğində özünə məxsus səhmlərini “RANSAN” ASC-nin nizamanmə kapitalından ayırmaqla, cəmi 61022,00 manat məbləğində olan payın bölünmə balansına uyğun yeni yaradılan MMC-nin nizamnamə kapitalına keçirilməsi.
3. “RANSAN” ASC-nin əmlakının, hüquq və vəzifələrinin bölünmə balansına uyğun olaraq yeni yaradılan MMC-yə keçirilməsi.
4. “RANSAN” ASC-nin nizamnamə kapitalından 61022,00 manat məbləğində payın və “RANSAN” ASC-nin əmlakının, hüquq və vəziflərinin müvafiq olaraq yeni yaradılan MMC-yə keçirilməsi ilə əlaqədar tərtib edilmiş bölünmə balansının təsdiq olunması və bölünmə balansının imzalamaq səlahiyyətlərinin “RANSAN” ASC-nin idarə heyətinin sədrinə həvalə edilməsi.
5. “RANSAN” ASC-nin nizamnamə kapitalının həcminin və “RANSAN” ASC-nin səhmdarlarının nizamnamə kapitalında səhmlərinin miqdarının müəyyən edilməsi.
6. “RANSAN” ASC-nin yenidən təşkili ilə əlaqədar təsdiq edilmiş bölünmə balansı üzrə müstəqil auditor yoxlamasının aparılması və auditor rəyinin təqdim edilməsi üçün sərbəst auditor A.M.Musayevlə müvafiq müqavilənin bağlanması.
7. “RANSAN” ASC-nin nizamnamə kapitalının bir hissəsini təşkil edən AZ1001016539 nömrə ilə dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 2,00 (iki) manat, məcmu nominal dəyəri 61022,00 manat olan 30511 ədəd adi, adlı və sənədsiz səhmlərin dövriyyədən çıxarılaraq ləğv edilməsi və bunun üçün müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və “Milli Depozit Mərkəzi” QSC-yə müraciət edilməsi.
8. “RANSAN” ASC-nin yenidən təşkil olunması ilə əlaqədar “RANSAN” ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.
9. “RANSAN” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin MMC-nin yaradılması ilə əlaqədar bölünmə balansına uyğun olaraq “RANSAN” ASC-dən yeni yaradılan MMC-yə keçən əmlakın tərkibinin təsdiqi.
10. “RANSAN” ASC-nin yenidən təşkili ilə əlaqədar onun təsis sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi və bununla əlaqədar zəruri səlahiyyətlərin həyata keçirilməsinin “RANSAN” ASC-nin idarə heyətinin sədrinə həvalə edilməsi.
11. Cəmiyyətin idarə heyətinin sədrinin, idarə heyətinin və maliyyə-təftiş komissiyasının üzvlərinin seçilməsi.
12. Digər məsələlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
7 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
7 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
7 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
8 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 8 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
