Azərbaycanın iri quşçuluq şirkəti 80 hektardan çox torpağını girova qoyur
19 aprel 2021-ci il “SƏBA” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
MArja “SƏBA” ASC Direktorlar şurasının qərarına istinadən xəbər verir ki, ümumi yığıncagın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Səba” ASC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı,1040553 nömrəli çıxarışa əsasən Şabran şəhəri ərazisində “Səba” ASC-nin istifadəsindəki dövlət torpaqları kateqoriyasına daxil olan 80,8238 hektar ehtiyat fondu təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun ASC “Xalq” bankı ilə “SƏBA” ASC arasında bağlanmış 16 fevral 2021-ci il tarixli DKM/100001600179921 saylı kredit xətti müqaviləsi, 19 fevral 2021-ci il tarixli DKM/100001600187621 saylı kredit müqaviləsi və 4 mart 2021-ci il tarixli DKM/100001600233021 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankın xeyrinə girova qoyulması.
2. “Səba”ASC-nin direktorlar şurası barədə.
3. Digər məsələlər.
Yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 nömrəli ünvanda cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
"SƏBA" ASC toyuq, süd və yem məhsulları istehsal edir.
"SƏBA" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
9 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
9 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















