Müştərək Sığorta Şirkəti ilk ilini zərər ilə bağlayıb
Ötən il avqust ayında dövlət qeydiyyatına alınmış Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC həmən ili 221 min manat xalis zərər ilə başa vurub.
Marja xəbər verir ki, şirkət ötən il 17 min 741 manat sığorta haqları toplayıb, sığorta ödənişləri isə həyata keçirtməyib. Şirkət bu ildən aktiv fəaliyyətə başlayır.
Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC Azərbaycanda aqrar sığorta mexanizminin yaradılması üçün həyata keçirilən tədbirlər çərçivəsində yaradılıb.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin yaradılması üçün təsis yığıncağı iyulun 24-də keçirilib. Yığıncaqda yeni şirkətin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 sığorta şirkəti iştirak edib və şirkətin təsis edilməsi haqqında qərar verilib.
Təsis qərarından sonra şirkətin fəaliyyətinə icazə verilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankına (AMB) ilkin müraciət göndərilib. AMB tərəfindən ilkin müraciətə cavab verildikdən sonra şirkətin dövlət qeydiyyatına alınması üçün müraciət edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il 4 mart tarixli qərarı ilə Müştərək Aqrar Sığorta Şirkətinin minimum nizamnamə kapitalı 1 milyon manat həcmində müəyyən olunub.
Ölkədə qeyri-həyat sığorta fəaliyyəti ilə məşğul olan bütün şirkətlər “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin fəaliyyətində iştirak edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 11 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb


















.jpg)

.jpg)



