Azərbaycana noutbukların tədarükündə fasilələr yaranıb
Azərbaycanın kompüter bazarında noutbuk tədarükündə fasilələr yaranıb.
Yerli bazar iştirakçıları arasında aparılmış sorğu nəticəsində məlum olub ki, bir çox hallarda dilerlər tərəfindən bu məhsul kateqoriyası üzrə ötən ilin oktyabrında verildikləri sifarişlər yalnız bu ilin fevral ayında ölkəyə çatdırılıb və bu ləngimələr hələ də davam etməkdədir.
Digər tərəfdən, bazarda yaranan kəskin tələbat qiymət artımına səbəb olub. Belə ki, noutbukların qiymətləri təxminən 10%-dək artıb və yaxın vaxtlarda bu tendensiyanın davam edəcəyi istisna edilmir.
Qeyd edək ki, bu günlərdə "Gizchina" portalının yaydığı məlumata görə, noutbukların qiymətlərində kəskin qlobal artım gözlənilir. Qiymət artımı birbaşa yarımkeçirici məhsullarına yaranan qıtlıqdan qaynaqlanır ki, bu da, öz növbəsində, kompüterlərə, smartfonlara, planşetlərə olan kəskin tələbatın yaranmasından irəli gəlir.
Bildirilir ki, pandemiya səbəbindən milyonlarla insan məsafədən işə keçərək texnika almağa başlayıb. Ekspertlər noutbukların bu ilin II rübünün sonunadək 5-10% bahalaşacağını bildiriblər.
"Acer"in rəhbəri Çen Tsyunşen şirkətin hazırda bazarın tələb etdiyi qədər noutbuk istehsal edə bilmədiyini deyib. Onun sözlərinə görə, hazırda texnikaya olan tələb təklifi üstələyir və bu gün noutbuk istehsalında yaranan kəsir 70%-ə çatır. "Asus" noutbukların istehsalında isə bu göstərici 25-30% arasında dəyişir. Hər iki şirkət vəziyyətin yaxşılaşacağı barədə proqnoz verməkdən çəkinir.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)







