"Şahdəniz Mərhələ 2" 92%-dən çox tamamlanıb
2017-ci ilin birinci rübündə Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri uğurla davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 92%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
Bu barədə “Marja”ya “BP Exploration (Caspian Sea) Limited” şirkətindən bildirilib.
Qeyd edilib ki, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
Mart ayında layihə daha bir mühüm hadisəni qeyd etdi - Şahdəniz Mərhələ 2 üçün tikilən platformalardan ikincisinin də dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salındı. Yaşayış Blokları və Texnoloji Təchizat platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan yola çıxaraq Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsində uğurla suya salındı və quraşdırıldı. Payaların quraşdırılması və son tamamlanma işləri isə hələ davam edir.
Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda uğurla davam edir. Gəminin 900 ton gücündə olan əsas kranı bu yaxınlarda yükqaldırma sınağından uğurla keçdi. Gəmi 2017-ci ilin yayında zavodun yanalma körpüsündən dəniz sınaqlarına yola salınacaq ki, bu da Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində başa çatdırılmış ən iri işlərdən biri olacaq.
ATA tikinti-quraşdırma sahəsində Şahdəniz 2 platformasının hər iki üst modulunun tikintisi başa çatıb, hazırda istismar sınaqları sona yaxınlaşır. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin yayına planlaşdırılır.
Dünyanın ən iri neft və qaz terminalllarından biri olan Səngəçal terminalında Şahdəniz 2-dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. Ümumilikdə Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.
Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi (CQBKG) layihəsi
2017-ci ilin birinci rübündə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla, 89%-i artıq tamamlanıb
Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam etmişdir - təqribən 320 km uzunluğunda borular artıq qaynaq edilib və 263 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb - beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatdı.
Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib - 62 km uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb.
Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları aparılır.
Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. 1-ci kompressor stansiyasında işlər təqribən 96%, 2-cidə isə 70% tamamlanıb. Hər iki kompressor stansiyası 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) isə işlər 95% tamamlanıb və bu stansiyanın 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 d. əvvəl
- 15 d. əvvəl
-
- 54 d. əvvəl
-
57 d. əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın neft və qaz ixracından gəliri 1 milyard dollardan çox azalıb
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan xaricdən ət alışını daha da artırıb - 3 AYDA 29 MİLYON DOLLARIN ÖLKƏDƏN ÇIXMASINA SƏBƏB OLUB
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Rəsmi məzənnələr açıqlandı
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...






.jpg)












.jpg)






