Dənizdə külək enerjisi layihəsinin inkişaf ssenarilərinin təqdimatı nəzərdən keçirilib
Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı çərçivəsində Energetika Nazirliyi, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və beynəlxalq məsləhətçi şirkətin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Energetika Nazirliyinin yaydığı məlumata görə, dənizdə külək enerjisi potensialından istifadəni zəruri edən amillərdən və bu istiqamətdə BMK ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edən energetika naziri Pərviz Şahbazov bildirib ki, dövlət başçısı tərəfindən “yaşıl enerji” konsepsiyasının hazırlanması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib.
“Ölkənin sosial-iqtisadi inkişaf prioritetlərindən biri olan “yaşıl artıma” nail olunması, eləcə də 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması dənizin külək imkanlarının enerjiyə çevrilməsi istiqamətində də fəaliyyəti aktuallaşdırır. BMK ilə dənizdə külək enerjisi potensialının müəyyənləşdirilməsi və Yol Xəritəsinin hazırlanması üzrə əməkdaşlığımız yaşıl enerji ilə bağlı hədəflərimizə töhfə verəcəkdir.”
Dünya Bankının ölkə üzrə meneceri Sarah Michael isə bildirib ki, Dünya Bankı BMK ilə birlikdə dənizdə külək enerjisinin inkişafına, bu sahəyə investorların cəlbinə, Azərbaycanın dekarbonizasiya ilə bağlı məqsədlərinə dəstək verməyə hazırdır.
Sonra IFC və məsləhətçi şirkət tərəfindən hazırlanmış dənizdə külək enerjisi layihəsinin inkişaf ssenarilərinin təqdimatı nəzərdən keçirilib. Müxtəlif ssenarilər üzrə layihələrin gözlənilən iqtisadi, maliyyə, ekoloji və sosial göstəriciləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, dünyada dənizdəki külək enerjisinə maraq artmaqdadır. Bu da külək turbinlərinin quraşdırılması ilə istehsal olunan elektrik enerjisinə çəkilən xərclərin getdikcə azalması ilə izah edilir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun yaxın vaxtlarda imzalanması planlaşdırılır. Anlaşma Memorandumu ilə nəzərdə tutulan işlər BMK-nın “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində maliyyələşdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
9 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















