Azərbaycan “İskəndər-M” raketinin qalıqları ilə bağlı Rusiyaya rəsmi məktub göndərib
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda “İskəndər-M” raketlərinin qalıqlarının tapılması barədə məlumatları müzakirə etdiyini deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, məsələ ilə bağlı müzakirə aprelin 1-də baş tutub: “Bu məsələni müzakirə etdik. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyi fotoşəkillər, dəlillər ilə birlikdə rəsmi məktub göndərib. Ancaq hələlik heç bir cavab almamışıq”.
O, həmçinin rəsmi Yerevanın raketlərlə bağlı açıqlamalarını tənqid edib: “Onlar gah partlamamış raketlərdən danışırlar, gah da bunun sirr olduğunu deyirlər. Demək ki, onlardan istifadə olunub. Yerevandan rəsmi cavab gözləyirik”.
Prezident rəsmi Bakının bu mövzuda kifayət qədər məlumata sahib olduğunu diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 25 d. əvvəl
-
29 d. əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 45 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
-
2 saat əvvəl
Xəz dəri məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
Ən çox oxunanlar
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar

























