Azərbaycan dənizdəki küləkdən enerji istehsal edəcək - ANLAŞMA
Energetika Nazirliyi Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıbAzərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı məqsədi ilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair Energetika Nazirliyi ilə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Anlaşma Memorandumu imzalanıb.
Bu memorandum Energetika Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi, həmçinin energetika sektorunun maliyyə davamlılığı və səmərəliliyinin artırılması üçün bu sahədə özəl sektorun iştirakının dəstəklənməsi kimi ümumi məqsədlər kontekstində imzalanıb.
Energetika naziri Pərviz Şahbazov deyib: “Bərpa olunan enerji dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi və şaxələndirilmiş yeni inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmağın mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bərpa olunan enerjinin istehsal və istehlakda əhəmiyyətli mövqeyə malik olması dənizin də külək enerjisi potensialından istifadəni zəruri edir. Xəzər dənizinin zəngin enerji resursları yalnız karbohidrogen sənayesinin deyil, yaşıl enerji sektorunun inkişafı üçün də mühüm mənbədir. IFC ilə birgə əməkdaşlıq səyləri Azərbaycanda dənizdəki külək enerjisinin istehsalının inkişafına, habelə bərpa olunan enerjidən istifadə sahəsinə və karbon emissiyalarının azaldılmasına töhfə verəcək.”
Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə direktoru Vibke Şloymer deyib: "IFC-nin Azərbaycan üzrə strateji prioritetlərindən biri ölkənin özəl sektorun iştirak etdiyi yeni inkişaf modelinə keçidini dəstəkləməkdir. Neft və qaz resursları ilə zəngin olan ölkənizə dənizdə külək enerjisi potensialının müəyyənləşdirilməsinə və inkişaf etdirilməsinə yardım etməklə özəl sektorun inkişafı gücləndirilə, eyni zamanda, enerji keçidi dəstəklənə bilər. Bu, Azərbaycanın infrastrukturunun inkişafında və iqlim dəyişikliyi ilə mübarizədə katalizator rolunu oynayacaqdır."
Memoranduma əsasən, IFC ilə əməkdaşlıq Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsini və yol xəritəsinin işlənib-hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəkləri nəzərdə tutur.
Anlaşma Memorandumu ilə nəzərdə tutulan bütün bu işlər IFC-nin “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində maliyyələşdirilir. ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilir.
Xatırladaq ki, 100-dən çox ölkədə fəaliyyət göstərəm Beynəlxalq Maliyyə Korporasiyasına Azərbaycan 1995-ci ildən üzvdür.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























