Beynəlxalq Bankdan süni intellekt sahəsində beynəlxalq konfransa dəstək
®️26-28 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans və data yarışması keçiriləcək.
Dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunmuş tədbirin baş sponsorlarından biri də Azərbaycan Beynəlxalq Bankıdır.
Konfransda 20-dən çox ölkədən 40-dan artıq tanınmış spiker, beynəlxalq təşkilatların nümayəndələri, mühəndislər, süni intellekt üzrə mütəxəssislər və futuristlər bir araya gələrək süni intellekt sahəsində mühüm mövzuları müzakirə edəcəklər. Tədbirdə əsasən rəqəmsal idarəetmədə süni intellekt və digər yeni nəsil texnologiyaların tətbiqinin sürətləndirilməsi məsələlərinə diqqət yönələcək. Süni intellektin inkişafı, dizaynı və tətbiqi zamanı etik çərçivənin qorunması məqsədilə tələb və təkliflər dəyərləndiriləcək. Azərbaycanda süni intellekt əsaslı həllərin qurulması istiqamətində cari çağırışlar və gələcək baxışlar müəyyənləşəcək. Süni intellekt ekosisteminin cəmiyyətdə təşviqi istiqamətində qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılacaq. Konfrans çərçivəsində təşkil olunacaq data yarışmasından əvvəl iki gün ardıcıl olaraq vörkşoplar olacaq. Konfransın sonuncu günündə isə data yarışması təşkil ediləcək və qaliblər mükafatlandırılacaq.
Tədbirin rəsmi veb-səhifəsində konfransın proqramı, spikerlər, həmçinin data yarışmasında iştirak haqqında ətraflı məlumat almaq, eləcə də konfransa qeydiyyatdan keçmək mümkündür. Tədbirlə maraqlananlar, həmçinin tədbirin rəsmi sosial media səhifəsinə baxa bilərlər.
Qeyd edək ki, rəqəmsallaşma prosesləri Azərbaycan Beynəlxalq Bankının əsas strateji hədəflərindən biridir. Bank son illər bu istiqamətdə ardıcıl layihələr həyata keçirir. “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfransa sponsor dəstəyi də bu fəaliyyətin davamıdır.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















