“Expressbank” 2021-ci ilin ilk rübünü mənfəətlə başa vurub
“Expressbank” ASC 2021-ci ilin I rübünə dair maliyyə göstəricilərini açıqlayıb.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, Bank bu ilin ilk rübünü 3.1 milyon xalis mənfəətlə başa vurub.
2021-ci ilin I rübünün nəticələrinə görə “Expressbank” ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativləri də yüksək səviyyədə yerinə yetirib. Belə ki, 31 mart 2021-ci il tarixində Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 47.3%, məcmu kapital adekvatlığı 49.6%, leverec əmsalı isə 35.5% təşkil edib. Bankın tutulmalardan sonra I dərəcəli kapitalı 114.9 milyon manat, məcmu kapitalı isə 120.47 milyon manat təşkil edib. “Expressbank” ASC-nin ümumi kapitalı isə keçən ilin sonu ilə müqayisədə 2% artaraq 124 milyon manat təşkil edib. Qeyd olunan göstəricilər bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.
Bu ilin əvvəlindən başlayaraq “Expressbank” ASC müştərilərinə əlverişli şərtlərlə müxtəlif kredit kampaniyaları təqdim edib. Nəticədə Bankın 2021-ci ilin ilk rübü ərzində rəsmiləşdirdiyi biznes və istehlak kreditlərinin həcmi 45.43 milyon manat, rübün sonuna Bankın ümumi kredit portfelinin həcmi isə 213.24 milyon manat təşkil edib.
Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində Bank keçən ilin avqust ayından etibarən pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət zəmanəti əsasında, güzəştli şərtlərlə kreditlər təqdim etməyə başlayıb. Keçən ilin son rübü ilə müqayisədə cari ilin ilk rübündə subsidiyalı kreditlərin həcmi 76% artaraq 4.7 milyon manat təşkil edib.
“Expressbank” ASC-nin depozit portfelində keçən ilin son rübü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, depozit portfeli 4.6% artaraq 64.23 milyon manat təşkil edib. Cari ilin ilk rübü Bank 17 milyon manatdan artıq depozit cəlb edib.
2021-ci ilin I rübünün nəticələrinə əsasən, Bankın ödəniş kartları ilə aparılan nağdsız ödənişlərinin ümumi dövriyyəsi 43.05 milyon manat, təmassız qaydada aparılan ödənişlərin dövriyyəsi isə 4,03 milyon manat təşkil edib. Bu göstəricilər bankın nağdsız ödənişlərin təşviqatına dəstəyini əks etdirir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
6 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















