Azərbaycan və İndoneziya Anlaşma Memorandumu imzaladı
Azərbaycan və İndoneziya neft-qaz sektorunda hasilat və emal istiqamətləri, eləcə də bərpa olunan enerji sahəsi üzrə əməkdaşlıq edəcəklər.Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanla İndoneziyanın ikitərəfli əlaqələrinin inkişafında enerji sahəsində əməkdaşlığın rolundan bəhs edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2007-ci ildən etibarən İndoneziya istiqamətində xam neft təchizatını həyata keçirir. Bu müddət ərzində SOCAR tərəfindən İndoneziya istiqamətində ümumilikdə, 25 milyon tondan çox xam neft təchiz edilib ki, bunun da 24 milyon tonunu “Azeri Light” markalı neft təşkil edir: “Enerji sahəsində tərəfdaşlıq əlaqələrimizin hazırda genişlənmək potensialı var. Azərbaycanın elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını, təxminən, 1500 MVt artıraraq 30%-ə çatdırmaq hədəfi, xarici investorların cəlbi ilə əlaqədar görülən tədbirlər, xüsusilə də azad edilmiş ərazilərin “yaşıl enerji zonası” na çevrilməsi ilə bağlı planlar enerji əməkdaşlığının inkişafı üçün böyük imkanlar yaradır. Bu gün imzaladığımız bu sənəddə bərpa olunan enerji üzrə əməkdaşlıq istiqamətinin yer alması da enerji sahəsində işbirliyinin şaxələndirilməsini ehtiva edir. Fürsətdən istifadə edərək, İndoneziyanın dövlət və özəl sektorunun maraqlı tərəflərini, potensial investorları “yaşıl enerji” sahəsində əməkdaşlığa dəvət edirəm”.
İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Arifin Tasrif isə bidirib ki, bu sənədin imzalanması ilə İndoneziya və Azərbaycan arasında enerji əməkdaşlığının inkişafı yeni mərhələyə daxil olur: “Qlobal miqyasda iqtisadi tənəzzüllə müşayiət olunan pandemiya innovativ, qeyri-standart planlar və strategiyalarla çətinliklərin öhdəsindən gəlməyi təşviq edir. Həmçinin belə bir mürəkkəb vəziyyətdə enerji sahəsi də daxil olmaqla beynəlxalq əməkdaşlığın gücləndirilməsi də vacib amilə çevrilir. İnanıram ki, İndoneziya ilə Azərbaycan arasında enerji əməkdaşlığı daha yüksək səviyyədə inkişaf edərək, hər iki ölkəyə qarşılıqlı fayda gətirəcəkdir”.
Memoranduma əsasən, Azərbaycan və İndoneziya neft-qaz sektorunda hasilat və emal istiqamətləri, eləcə də bərpa olunan enerji sahəsi üzrə əməkdaşlıq edəcəklər. Sənəd, həmçinin elmi və texniki əməkdaşlıq üzrə birgə layihələrin, təlim və inkişaf proqramlarının həyata keçirilməsini, enerji sahəsinə investisiyaların təşviqini, birgə seminar, konfrans və enerji forumlarının keçirilməsi istiqamətlərini əhatə edir. Anlaşma Memorandumundan irəli gələn məsələlərin müzakirəsi və həyata keçirilməsi məqsədilə Birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















