“Azsığorta”nın İdarə Heyətinə yeni təyinatlar olub
“Azsığorta”ASC-nin İdarə Heyətinə yeni təyinatlar olub.
Şirkətin yaydığı məlumata görə, Qoşqar Şəkərəliyev və Elbrus Fərzəliyev İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.
Qoşqar Şəkərəliyev Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə kredit fakültəsi üzrə bakalavr və magistr pilləsini fərqlənmə ilə bitirib. O, daha sonra ikinci ali təhsil olaraq T.Şevçenko adına Kiyev Milli Universitetinin hüquq fakültəsini bitirib. Q.Şəkərəliyev İqtisad üzrə fəlsəfə doktorudur.
2002-ci ildən bir neçə sığorta şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, həmçinin, Azərbaycan Resdpublikasının Kənd Təsərrüfatı Nazirliyində çalışaraq “Aqrar Sığorta” layihəsinın hazırlanmasında iştirak etmişdir. Q.Şəkərəliyev 2017-ci ildən “Azsığorta”da çalışır.
Elbrus Fərzəliyev Naxçıvan Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını bitirib.
İlk iş fəaliyyətinə Naxçıvan MR, Maliyyə və İqtisadiyyat Nazirliyində başlamışdır. Uzun müddət Naxçıvan MR, Nazirlər Kabinetində dövlət qulluğunun müşaviri olaraq müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən “Azsığorta”daçalışır.
Xatırladaq ki, AZSIĞORTA ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev, şirkətin İdarə Heyətinin sədri isə Yusif Soltanovdur.
Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan “Azsığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)







