Samir Şərifov Asiya İnkişaf Bankının toplantısında iştirak edib
Mayın 5-də video-konfrans formatında Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 54-ci İllik Toplantısı keçirilib.
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, “Dayanıqlı və yaşıl iqtisadiyyatın bərpası üçün əməkdaşlıq” devizi altında keçirilən iclasda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri iştirak edib. İclasda Azərbaycanı maliyyə naziri, AİB-in Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil edib.
İllik toplantıda Rəhbərlər Şurasının hazırkı sədri Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və AİB-in prezidenti Masatsuqu Asakava çıxış ediblər.
İclasın gündəliyinə Bankın 2020-ci il üzrə illik hesabatının müzakirəsi, maliyyə hesabatlılığına və müstəqil auditorların rəylərinə daxili nəzarət üzrə İdarə Heyətinin hesabatı, 2021-ci il üçün büdcənin təsdiqi, xalis gəlirlərin müəyyən olunması, bankın tətbiq etdiyi qaydaların və tənzimləyici normaların nəzərdən keçirilməsi, 2022-ci ildə keçiriləcək Rəhbərlər Şurasının 55-ci İllik Toplantısının tarixi və yerinin müəyyənləşdirilməsi və digər məsələlər daxil edilib.
Asiya və Sakit Okean hövzəsi ölkələrinin üzləşdiyi problemlər və yeni çağırışlar o cümlədən, dayanıqlı gələcək üçün əməkdaşlığın gücləndirilməsi, qlobal iqlim dəyişikliklərinə qarşı tutarlı tədbirlərin görülməsi, COVID-19 xəstəliyinə qarşı vaksinasiya sahəsində əldə edilmiş ilkin irəliləyişlərlə dəstəklənən iqtisadi artımın qorunması, o cümlədən post-pandemiya dövründə iqtisadiyyatların bərpası zamanı yaranacaq çağırışların dəstəklənməsi, vergi sahəsində üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə Asiya və Sakit Okean vergi qovşağının açılması illik toplantıda diqqət mərkəzində olub.
Xatırladaq ki, AİB-in Rəhbərlər Şurasının 54-cü İllik Toplantısı 3-5 may 2021-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilməli idi. Lakin İllik Toplantının COVID-19 pandemiyası ilə əlaqədar video-konfrans formatında keçirilməsinə dair qərar qəbul edilib.
Asiya və Sakit Okean Regionunda rifah, inklüzivlik, çeviklik və dayanaqlığın əldə edilməsini dəstəkləyən AİB 1966-cı ildə yaradılıb və baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 49-u regiondan olmaqla, 68 ölkə üzvü var. Azərbaycan AİB-a 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















