Bakıda və Sumqayıtda yeni tibb mərkəzləri TƏBİB-in tabeliyində fəaliyyət göstərəcək
Bakı və Sumqayıt şəhərlərindəki tibb müəssisələrində struktur dəyişiklikləri aparılırSəhiyyə sistemində həyata keçirilən islahatlar çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb.
Agentliyin yaydığı məlumata görə, aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 1 saylı Kliniki Tibbi Mərkəzin bazasında Nəsimi, Yasamal və Səbail rayonları üzrə tibb müəssisələrini özündə birləşdirən Kliniki Tibbi Mərkəz yaradılıb. Digər inzibati ərazi vahidləri üzrə isə Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ (Lökbatan), Ələt (Qaradağ), Xətai, Pirallahı və Xəzər tibb mərkəzləri təsis olunub. Qaradağ rayonunun ərazisinin böyüklüyü ilə bağlı və sakinlərin tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədi ilə sözügedən rayon üzrə 2 tibb mərkəzi (Lökbatan, Qaradağ) yaradılıb.
Bundan başqa, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb.
Tibb mərkəzlərinin yaradılması zamanı müvafiq inzibati ərazi üzrə əhalinin sayı, əhaliyə düşən tibb işçilərinin sayı, tibb müəssisələrinin maddi-texniki bazasının vəziyyəti, nəqliyyat və digər infrastruktur imkanları nəzərə alınmışdır. Tibb mərkəzləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərəcəklər.
Bu struktur dəyişikliklərini həyata keçirməkdə əsas məqsəd Bakı və Sumqayıt şəhərləri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir. İdarəetmənin mərkəzləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların resurslarından səmərəli istifadə islahatın prioritet istiqamətlərindəndir. Eyni zamanda qeyd olunmalıdır ki, struktur dəyişiklikləri planı hazırlanarkən icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən pilot layihə və tibb müəssisələrinin potensialının qiymətləndirilməsi üzrə nəticələr nəzərə alınmış, mövcud vəziyyət araşdırılmışdır.
Yenilik haqqında məlumat verən Agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov bildirdi ki, yeni mərkəzlər həmçinin əhatə etdikləri tibb müəssisələrinin kadr ehtiyaclarını müəyyənləşdirəcəklər: “Burada məqsəd tibb müəssisələrinin ixtisaslı və peşəkar heyətlə komplektləşdirilməsini həyata keçirməkdir. Əvvəllər hər hansı rayon üzrə tibb müəssisəsində ixtisaslaşmış tibb mütəxəssisinə ehtiyac yarandığında onun digər xəstəxanalardan konsultant kimi cəlb olunması çətinlik törədirdi. Struktur dəyişikliyi isə vətəndaşlara çoxprofilli xidmət göstərməyə imkan verir, tibb personalının tibb müəssisələri üzrə düzgün paylanılmasına şərait yaradır. Belə ki, müəssisələrin kadr ehtiyacı qiymətləndirilir və ehtiyac yarandığı təqdirdə ixtisaslı həkimlərin işə cəlb olunması təmin olunur. Əgər müəyyən ərazi üzrə bir tibb müəssisəsində ixtisaslı həkim digərindən çox olarsa, həmin şəxs ehtiyac olan yerə təyin olunur”.
A.Nəsirovun sözlərinə görə, tibb mərkəzlərinin yaradılması xəstələrə Bakının ətraf rayonlarından uzaq məsafə qət edib mərkəzə gəlmədən öz inzibati əraziləri üzrə yerlərdə xidmət almalarına şərait yaradacaq: “Vətəndaşlar bu zaman vaxt itirmədən yaxın məsafədə yerləşən tibb müəssisəsinə müraciət edib rahat şəkildə tibbi xidmətdən yararlana biləcəklər. Beləliklə, islahatlar nəticəsində həm tibbi xidmətin keyfiyyəti artacaq, həm də onun əhali üçün əlçatanlığı təmin olunacaqdır”.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
9 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 10 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var

















