"Bakı Pivə"nin xalis mənfəəti artıb
"Bakı Pivə" ASC 2020-ci ili 459 min 260 manat xalis mənfəət ilə başa vurub. ASC 2019-cu ili 317 min 164 manat xalis mənfəət ilə bağlamışdı.
Marja şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə 488 min 746 min manat təşkil etmiş əsas əməliyyat gəlirləri 2020-ci ildə də 488 min 746 min manat olub. Ötən il ASC 148 min 643 manat sair əməliyyat gəlirləri də əldə edib.
Sair əməliyyat gəlirlərinin artması və əməliyyat xərclərinin azalması ilə əlaqədar olaraq "Bakı Pivə"nin xalis mənfəəti artıb.
"Bakı Pivə" ASC 31 Dekabr 2020-ci il tarixində 2 milyon 562 min manat cəmi aktivlərə malik olub. ASC 2019-cu ilin sonunda 2 milyon 882 min manat cəmi aktivlərə malik idi.
"Bakı-Pivə" ASC keçmiş Xırdalan Pivə Zavodudur. ASC-nin əmlakı "Carlsberg Azerbaijan" MMC-nin icarəsindədir. "Carlsberg Azerbaijan" şirkəti mənzil-qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən “Carlsberg Group”a məxsusdur. "Bakı Pivə" ASC-nin də səhm nəzarət paketi “Carlsberg Group” şirkətinə məxsusdur. Pivə istehsalı və satışı ilə "Carlsberg Azerbaijan" şirkəti məşğul olur. Bu səbəbdən gəlirin böyük hissəsi bu şirkət tərəfindən götürülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
9 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
9 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
11 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
12 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
12 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























