Yanvar-may ayları üzrə neft-qaz göstəriciləri açıqlanıb
2021-ci ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 14,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 918,7 min ton az olub.
Respublika üzrə neft hasilatının 9,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 11,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 11,1 milyon tondan çoxu konsorsiumun, 653,8 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 798 min ton, yəni 6,3 faiz azdır.
Cari ilin yanvar-may ayında ölkədə 17 milyard kub metr qaz hasil edilib. Qazın 5,4 milyard kub metri AÇG-dən, 8,4 milyard kub metri “Şahdəniz”dən, 3,2 milyard kub metri SOCAR-dan hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz, yəni 551,5 milyon kub metr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 7,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 faiz çoxdur. Cari ilin yanvar-may ayında Türkiyəyə təqribən 4,2 milyard kub metr, Avropaya təqribən təqribən 2,1 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 43,2 milyon kub metr qaz verilib. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,2 milyard kub metrdən çox qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2021-ci il tarixinədək təqribən 565 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 533 milyon ton xam neft, “Şahdəniz”dən isə təqribən 32 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 iyun tarixinədək təqribən 564,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin 1 iyun tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 182 milyard kub metr, “Şahdəniz”dən isə 143 milyard kub metrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 97 milyard kub metrdən çoxu ixraca nəql edilib.
Ölkədə neft emalı 2021-ci ilin yanvar-may ayında 2,7 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 132,8 min ton çox olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
14 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
14 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
16 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















