1000 metr yüksəklikdə yerləşən kənddə taxıl biçini - NAZİR DƏ İŞTİRAK EDİB
Lerik rayonunun dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən Dizdipok kəndində taxıl biçini aparılıb. Biçin prosesinə dağlıq ərazilərdə, maili sahələrdə biçin üçün ixtisaslaşmış dağ kombaynları cəlb olunub.
Biçin prosesində iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov yeni nəsil dağ kombaynlarını idarə edən mexanizatorlarla söhbət edib, fermerlərlə dağlıq ərazilərdə biçinlə bağlı fikir mübadiləsi aparıb.
Bildirilib ki, əvvəllər yüksək dağlıq ərazilərdə biçin prosesi yalnız sovet istehsalı olan köhnə kombaynlarla aparılıb. O kombaynların maili ərazilərdə biçin aparmaq xüsusiyyətinin zəif olması biçində çoxsaylı çətinliklər yaradıb. Ötən il “Aqroservis” ASC-nin xətti ilə alınmış yeni nəsil dağ kombaynları biçilməsi çətin olan, dağlıq və dağətəyi zonalardakı sahələrdə biçin problemini aradan qaldırıb. Yeni nəsil dağ kombaynlarının ölkəmizə gətirilməsi nahamar relyefli dağlıq və dağətəyi rayonlarımızda da dəmyə şəraitində dənli bitkiləri becərməyə imkan verir.
Nazir İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, respublikada taxl biçini yekunlaşmaq üzrədir: “Bu günə kimi taxıl sahələrinin 87 faizində biçin prosesi başa çatıb. Artıq yalnız dağlıq və dağətəyi rayonlarda biçin gedir. Əvvəlki illərdə olduğu kimi bu il də taxıl biçini mütəşəkkil təşkil olunub, bu səbəbdən ötən illə müqayisədə biçin prosesini ən azı 10 gün tez yekunlaşdırmaq ərəfəsindəyik. Orta məhsuldarlıq çox yüksəkdir, respublika üzrə taxıl üzrə orta məhsuldarlıq 32 sentnerdən yuxarıdır, ayrı-ayrı taxılçılıq rayonlarında buğda üzrə orta məhsuldarlıq göstəricisi 40 sentneri keçib. Doğru toxum seçimi, düzgün aqrotexniki qulluq nəticəsində respublikanın ayrı-ayrı təsərrüfatlarında 60 sentnerdən çox məhsul görürən fermerlərimiz var”.
Nazir qeyd edib ki, yüksək dağlıq ərazilərdə biçin apara biləcək xüsusi dağ kombaynlarının alınması sayəsində dağ kəndlərində, yüksək maili ərazilərdə biçin problemi köklü şəkildə həll olunub: “Artıq dağ kombaynları ilə Yardımlı, Lerik, Cəlilabad rayonlarının dağlıq ərazilərində biçin aparılıb, Şəmkir, Şamaxı və Qobustan rayonlarının yüksək dağlıq hissələrində yaxın günlərdə kütləvi biçinə start veriləcək. Biçin prosesinin mütəşəkkil təşkili üçün nazirlikdə xüsusi operativ qərargah yaradılıb, biçinin növbəli şəkildə həyata keçirilməsi təmin olunub. Əsas hədəfimizə - biçin prosesini məhsul itkisi olmadan, mütəşəkkil şəkildə həyata keçirmək hədəfimizə nail ola bilmişik”.
Xatırladaq ki, bu il Lerik rayonunda 3069 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin əksəriyyəti dəmyə ərazilərdə yerləşir. Artıq taxıl sahələrində biçin başa çatmaq üzrədir. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 22 sentnerə yaxındır ki, bu da dəmyə əkinlər üçün normal göstərici hesab olunur.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
23 d. əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - BAKIYA QAR YAĞACAQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hindistan Rusiya neftinin alınmasını dayandırmağa razılaşıb"
-
1 saat əvvəl
Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
2 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
2 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının yeni məbləğini açıqladı
-
2 saat əvvəl
Tesla şirkəti Model Y-nin yeni versiyasını təqdim etdi: qiyməti məlum oldu
-
2 saat əvvəl
“Aztelekom” avadanlıqlarını “Huawei” ilə yeniləməyə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Banklar illik faiz gəlirlərini nə qədər artırıb?
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının yeni məbləğini açıqladı
Ən çox oxunanlar
“Aztelekom” avadanlıqlarını “Huawei” ilə yeniləməyə başlayıb
Azərbaycan neftinin son qiyməti
Adında "Sirab" sözü olan yeni şirkət yaradılıb
“CibPay” nizamnamə kapitalını artırdığı vəsaiti geri çəkdi
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Bank 7.8%-lə 5 milyon dollar borc alır





















