Maliyyə Nazirliyi 10 milon manat cəlb edir
10 avqust 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0105025883 |
Emissiya həcmi | 10 000 000 manat |
Nominal dəyəri | 100 manat |
İstiqrazların tədavül müddəti | 728 gün |
Faiz ödənişləri (olduqda) | 08 fevral 2022-ci il, 09 avqust 2022-ci il, 07 fevral 2023-cü il, 08 avqust 2023-cü il |
Faiz gəliri | 6.0 % |
Ödəmə tarixi | 08.08.2023 |
Anderrayter | “PAŞA Kapital İŞ” QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
14 d. əvvəl
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
-
-
18 d. əvvəl
Xəz dəri məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
-
28 d. əvvəl
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
- 32 d. əvvəl
-
44 d. əvvəl
Yeni artımla orta aylıq pensiya 593, yaşa görə orta aylıq pensiya 632 manata çatıb
- 47 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
1 saat əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
1 saat əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
1 saat əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
Ən çox oxunanlar
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb

























