Əmanətlərin Sığortalanması Fondundan zərərlə bağlı xəbərlərə reaksiya
Əmanətlərin Sığortalanması Fondu: 2021-ci ilin ilk yarım ilində 49 milyon manat xalis mənfəət əldə etmişikƏmanətlərin Sığortalanması Fondu 2020-ci ili zərərlə başa vurması, aktivlərinin azalması barədə xəbər saytları və sosial-şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.
Marja xəbər verir ki, Fondun yaydığı məlumatda deyilir:
"Həqiqəti təhrif olunmuş formada əks etdirən məlumatlara münasibətdə bildirmək istəyirik ki, ötən il ərzində 4 yeni bankın lisenziyaları ləğv edilərək, müflis elan edilmiş və həmin dövrdə qüvvədə olan “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kompensasiya ödənişlərinin həyata keçirilməsinə başlanılmışdır.
Əmanətlərin Sığortalanması Fondu iflas proseduruna başlanılmış 4 bankın əmanətçilərinin qorunan tam məbləğdə sığortalanmış 676 milyon manat məbləğində əmanətlərindən 97 %-ini (655 milyon manat) tam olaraq kompensasiya etmişdir. Sözügedən kompensasiya ödənişlərini sürətli həyata keçirməsi üçün Fond öz likvid aktivlərindən istifadə etmiş və eyni zamanda Mərkəzi Bankdan 340 milyon manat məbləğində borc vəsaiti cəlb etmişdir. Fond ölkəmizdə tüğyan edən “Covid 19” virusu səbəbilə tətbiq olunan xüsusi karantin rejiminin yaratdığı çətinliklərə baxmayaraq çevik və nağdsız qaydada kompensasiyaların ödənişini uğurla yekunlaşdırmaq üzrədir.
Fondun 2020-ci ildə təqvim haqlarının azalması 4 bank üzrə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar olmuşdur. Belə ki, sözügedən bankların lisenziyası ləğv edildiyi üçün həmin banklardan təqvim haqlarının yığılması dayandırılmış, lakin, 2021-ci ildən etibarən sığorta ehtiyyatlarının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
Əmanətlərin Sığortalanması Fondu 2021-ci ilin ilk yarım ilini artıq 49 milyon manat xalis mənfəətlə başa vurmuş və Mərkəzi Bankdan cəlb olunan borc vəsaitinin son 1 ay ərzində 10 milyon manatını vaxtından əvvəl geri ödəmişdir. Beləliklə, Fondun maliyyə dayanıqlılığında müsbət dinamika aydın şəkildə müşahidə olunur.
Bundan başqa, 2021-ci ilin ilk altı ayında Fondun kompensasiya ödənişləri qarşılığında ləğvetmə prosesində olan banklardan topladığı reqres gəlirlərində də artım müşahidə olunmuşdur ki, bu da öz növbəsində Fondun maliyyə dayanıqlılığını artırır.
Fond öz nizamnaməsinə uyğun olaraq qeyri-kommersiya təşkilatıdır və əsas məqsədi qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin əmanətlərini sığortalamaq və baş verə biləcək sığorta hadisəsi nəticəsində qorunan əmanətlər üzrə kompensasiya ödəməkdir. Yuxarıda da qeyd olunduğu kimi Fond 2020-2021- ci illər ərzində 655 milyon AZN məbləğində kompensasiya ödəmişdir ki, bu da Fondun öz nizamnaməsinə uyğun olaraq uğurlu fəaliyyətinin göstəricisidir.
Əlavə olaraq qeyd etmək istəyirik ki, Fond hal-hazırda mənfəətlə fəaliyyət göstərir, likvidlik problemi yoxdur və qanunvericiliyə uyğun olaraq Fondun likvidlik problemi yarandığı təqdirdə müvafiq qurumlardan borc vəsaiti cəlb edə bilər. Fondun mülkiyyətində hal-hazırda 460 milyon AZN məbləğində dövlət vekselləri vardır.
Yekun olaraq bildirmək istəyirik ki, Fondun gələcək strateji inkişafına əsasən, vətəndaşlar və xüsusilədə əmanətçilər ƏSF-də həyata keçirilən biznes proseslərini rahat şəkildə izləmək, öz təklif və iradlarını bildirmək və eyni zamanda maliyyə savadlılığını artırılmaq, məlumatların şəffaf və əlçatanlığını reallaşdırmaq üçün yeni layihələr planlaşdırılır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
22 d. əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
-
36 d. əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 37 d. əvvəl
-
51 d. əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
-
1 saat əvvəl
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
-
1 saat əvvəl
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Almaniya bankı qızıl üzrə qiymət proqnozunu dəyişmədi - "6 MİN DOLLARA YÜKSƏLƏCƏK"
-
1 saat əvvəl
"Samsung" Azərbaycanın planşet bazarındakı payının 27 %-ni itirib
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
Ən çox oxunanlar
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
BYD, Xpeng və Li Auto-nin satışları azalıb, səhmləri ucuzlaşıb
"Prime Cotton" şirkəti 2025-ci ildə pambıq və tekstil sahəsində rekord nəticələrə imza atıb
Fevralın 3-də gözlənilən hava şəraiti























