İnformasiya Texnologiyaları üzrə daha 2 yeni ixtisas qəbuluna başlandı!
(®️) ABB-nin yaratdığı Tech Akademiyasına artıq yeni qəbul başlanıb.
Bu günə kimi ölkəmizdə informasiya texnologiyalarına dəstək fonunda bir neçə istiqamətlər üzrə tələbələrə proqramlaşdırma bilikləri verən ABB Tech Akademiyasında peşəkar biliklər tələb edən növbəti iki yeni proqram "Maşın öyrənmə-2" və "Proqram təminatı mühəndisliyi" sahələri üzrə kadr hazırlığı həyata keçiriləcək.
Akademiyaya qəbul olmaq istəyən şəxslər üçün www.abbtech.az rəsmi internet səhifəsi və ya ABB Innovation Facebook səhifəsində qeyd olunan link vasitəsilə 18 Avqustdan etibarən onlayn ərizə qəbulu başlayıb.
Qeyd edək ki, akademiyanın ümumilikdə 343 nəfərdən ibarət məzun və tələbə bazası mövcuddur. Həmçinin bu günədək ABB Tech Akademiyasından “Back-end”, “Front-end”, “Web və Mobil Tətbiqlərin Yazılımı”, “Kibertəhlükəsizlik və Sistem İnzibatçılığı”, “DATA Analitikası”, “DevOps”, “Maşın öyrənmə-1”, “QA Avtomatlaşdırma mühəndisliyi” sahələri üzrə 300 nəfərə yaxın tələbə məzun olmuşdur. Hal-hazırda isə “Rəqəmsal Marketinq” və “UI/UX dizayn” istiqamətləri üzrə 54 tələbə təhsilini davam etdirməkdədir. Tədris proqramlarını müvəffəqiyyətlə bitirmiş tələbələr üçün yaradılan iş imkanları nəticəsində 75%-dən çox məzun istər ABB-də, istərsə də ölkənin digər qabaqcıl şirkət və müəssisələrində işlə təmin olunmuşdur.
Mövcud təlimlərin təşkilində BP şirkəti və onun tərəfdaşlarının əvəzsiz dəstəyi davam etməkdədir. Proqramların ödənişli olmasına baxmayaraq yüksək nəticə göstərmiş tələbələrin təqaüd əldə etmək fürsəti də mövcuddur. Bununla bağlı ətraflı məlumatı akademiyanın rəsmi internet səhifəsində “tez-tez verilən suallar” bölməsindən əldə edə mümkündür.
Tədris prosesi beynəlxalq təcrübəli mütəxəssislər tərəfindən İsrailin məşhur TELEM metodikası əsasında İsrail-Ukrayna şirkəti olan “DAN.IT” təhsil mərkəzinin metodoloji dəstəyi ilə həyata keçirilir.
ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarının təkmilləşdirilməsinə kömək edir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
20 d. əvvəl
Rəsmi İrəvan Azərbaycandan növbəti partiya benzin və dizel göndəriləcəyini təsdiqləyib
- 45 d. əvvəl
- 48 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
2 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılacaq
Yeni nəsil nəzarət-kassa aparatları 28 milyard 162 milyon manat dövriyyəni qeydə alıb - 3,6 MİLYARD MANATLIQ ARTIM
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Ən çox oxunanlar
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır

























