Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“SumPlast” nümunə üçün məhsullarını bir sıra Avropa ölkələrinə təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SumPlast” nümunə üçün məhsullarını bir sıra Avropa ölkələrinə təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SumPlast” MMC tərəfindən məhsullarının xarici bazarlara ixracı istiqamətində danışıqlar aparılır və nümunə üçün məhsullar artıq bir sıra Avropa ölkələrinə təqdim edilib.

Bu barədə Marja-ya İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, indiyədək şirkət tərəfindən 5 milyon manata yaxın satış həyata keçirilib. İstehsal olunan məhsullar daxili bazara çıxarılır və daha çox Azərikimya İstehsalat Birliyinin və “SOCAR Polymer” MMC-nin istehsal məhsullarının qablaşdırılmasında istifadə edilir.

“SumPlast” MMC 2017-ci ilin dekabrında Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və 2020-ci ildə istehsal fəaliyyətinə başlayıb. Müəssisədə Almaniya texnologiyası əsasında FFS filmlərin (polietilen kisələr) istehsalı həyata keçirilir. İnvestisiya dəyəri 3,3 milyon ABŞ dolları olan müəssisədə 30 nəfər daimi işlə təmin edilib.

 

SumPlast polietilen kisələr
27.08.2021 11:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar