“Bakı pryaniki” anti-sanitar şəraitdə istehsal edilib - AÇIQLAMA
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, sosial şəbəkə hesabında “Bakı pryaniki” əmtəə nişanlı məhsulun kiflənməsi, içərisində kənar cisimlərin olması ilə bağlı yayılan məlumat əsasında dərhal araşdırılmalara başlanılıb və Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəs., Ə. Ələkbərov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Vasif Həsən oğluna məxsus un məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, texniki normativ sənədlərin tələblərinin pozulduğu, istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, vaxtlı-vaxtında dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
2 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
3 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
24 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
29 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
36 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 47 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)
.jpg)









.jpg)







