Bakıda prestijli moda nümayişi keçiriləcək
25-28 may tarixlərində Bakıda "Mercedez-Benz Fashion Week" Baku Payız-Qış 2017/2018 Moda həftəsinin ilk sezonunu baş tutacaq.
Bu ildən “Bakı qeydiyyatı” alan "Mercedez-Benz Fashion Week" üçün model kastinqi bir neçə gün əvvəl başa çatıb. Məşhur alman avtomobil brendi altında prestijli moda nümayişinin keçirilməsi hüququnu isə "Baku Fashion Week" agentliyi əldə edib.
"Fashion Week" – moda industriyasının ən mühüm hadisəsidir. 2000-ci ildə fəaliyyətə başlayan "Mercedez-Benz Fashion Week", hal-hazırda moda dünyasında ən məşhur tədbirlərdən biri sayılır. Bu hadisə həm də moda və avtomobil istehsalı sahəsində yeni dizayn ideyalarının nümayişinin vəhdətidir.
"Mercedez-Benz Fashion Week" – orijinal festivaldır. Burada əsas ideya, müxtəlif dünya xalqlarının mədəniyyətini və adət-ənənələrini, onların artıq uzun illərdir yüksək keyfiyyət nümunəsi olan, aparıcı alman avtomobil istehsalçısının kupe və salon xətlərinin fonunda modaya baxışlarını geniş miqyasda tıəqdim etməkdir.
"Mercedez-Benz Fashion Week" emblemi altında Avropa, Avstraliya, ABŞ, Asiya və Yapponiyada dəb nümayişləri keçirilir.
Artıq bu prestijli siyahıda Azərbaycan da öz yerini tutur.
"Mercedez-Benz Fashion Week Baku"nun ilk keçirilmə sahəsi isə şəhərimizin tarixnin müasir arxitektura və dizaynla birləşən, Moda Həftəsinə yeni nəfəs verəcək Passaj 1901 seçilmişdir.
Sponsor və dizayner qismində iştirak etmək üçün, həmçinin mətbuat nümayəndələrinin akkreditasiyası ilə bağlı bütün müraciətlər [email protected] ünvanı vasitəsilə qəbul ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
21 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
23 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
26 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
28 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir



























