İranda COVID-19-a yoluxanların sayı 6 milyona yaxınlaşıb
İranda peyvənd çatışmazlığı problemi həllini tapmağa başlayıb. İranın Qırmızı Aypara Cəmiyyəti qarşıdakı 2 həftə ərzində ölkəyə 10 milyon doza peyvənd gətirəcək.
Bu barədə cəmiyyətin sədri Həsən Müqəddam jurnalistlərə verdiyi açıqlamada bildirib. O deyib ki, ilk 5 milyon doza sentyabrın 9-da Tehrana daxil olacaq. Bundan başqa Ümumdünya Səhiyyə Təşkilatı İranda yaşayan xarici ölkələrin vətəndaşlarının peyvəndlənməsi üçün 4 milyon doza peyvənd göndərəcək. İrana gətiriləcək Çin istehsalı olan “Sinovac” peyvəndidir.
İranın Səhiyyə Nazirliyinin məlumatına əsasən isə son 24 saat ərzində ölkə ərazisində 26 min 854 nəfərin koronavirusa yoluxması, 538 nəfərin isə bu xəstəlikdən ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 210 min 978 nəfərə, ölənlərin ümumi sayı isə 112 min 430-a çatıb. İran xəstəxanalarında müalicə alan 7 min 534 yoluxan xəstənin vəziyyəti ağır olaraq qalır. Bu günə kimi koronavirusdan müalicə alan 4 milyon 453 min 651 nəfər sağalaraq evə buraxılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 23 saat sonra
-
-
20 d. əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 26 d. əvvəl
-
13 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
15 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
18 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib





















