Avropa Mərkəzi Bankı faiz dərəcəsini sıfırda saxlayır - QƏRAR
Avropa Mərkəzi Bankı (AMB) faizləri və pandemiya alış proqramını 1,85 trilyon avroda dəyişməz saxlayıb. Ancaq AMB pandemiya alışlarını mülayim şəkildə yavaşladacaqAvropa Mərkəzi Bankı (AMB, ECB) əsas (baza) faiz dərəcəsini sıfır səviyyəsində saxlayıb. Marja xəbər verir ki, müvafiq qərar bu gün tənzimləyicinin İdarə Heyətinin iclasında qəbul edilib.
Depozitlər üzrə faiz dərəcəsi də eyni səviyyədə - mənfi 0,5%-də, qısamüddətli kreditlər üzrə faiz 0,25%-də saxlanılıb.
İdarə Heyəti, "faiz dərəcələrinin, inflyasiya hədəflənən səviyyə olan 2% -ə çatana qədər cari səviyyələrdə və ya aşağı qalacağını" gözləyir.
Eyni zamanda, komitənin fikrincə, orta müddətdə hədəf səviyyəsində inflyasiyanın sabitləşməsinə nail olmaq olar.
ECB, aylıq 20 milyard avroluq aktiv satınalma (APP) proqramına davam edəcək. Tənzimləyici əlavə edib ki, eyni zamanda, bu proqram çərçivəsində alınan qiymətli kağızlar üzrə ödənişlərin yenidən yatırılması da əsas faiz dərəcələrinin artırılması mərhələsinin başlanmasından çox sonra baş verəcək.
Tənzimləyici, pandemiya ilə əlaqədar olaraq ən azı 2022-ci ilin mart ayının sonuna qədər və ya koronavirusla əlaqəli böhran mərhələsinin bitməsinə qərar verilənə qədər cəmi 1,85 trilyon avroluq istiqraz satın alma proqramını (PEPP) davam etdirəcək. Amma bu proqram daxilindəki alışların yavaş ediləcəyinin mesajını verib.
"İdarə Heyəti, zərurət yarandıqda, hədəfinə doğru inflyasiyanın davamlı hərəkətini təmin etmək üçün bütün vasitələrini tənzimləməyə hazırdır", - ECB vurğulayıb.
Avropa Mərkəzi Bankının növbəti iclası oktyabrın 28 -də baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)








