Hesab.az yeni mövsümdə istifadəçilərini 2-QAT qazandıracaq! -KAMPANİYA ŞƏRTLƏRİ
(®️) Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Goldenpay/Hesab.az onlayn xidmətlər platforması yeni mövsümdə sərfəli kampaniya başladıb.
Hər zaman olduğu kimi istifadəçilərini düşünən Hesab.az, payız mövsümünün gəlişi münasibətilə möhtəşəm, 2-QAT qazandıran kampaniya keçirir. Belə ki, 10 Sentyabr tarixindən etibarən, Hesab.az portalında qeydiyyatlı şəkildə 10 AZN və üzərində istənilən növ ödəniş (sığorta ödənişləri istisna olmaqla) həyata keçirən istifadəçilər 2-QAT Hesab Koin və ya Bonus əldə edəcəklər.
Məlumat üçün bildirək ki, Hesab Koin və Bonus, Hesab.az onlayn xidmətlər platformasında Qazananlar Klubu loyallıq proqramına daxildir. Platformada qeydiyyatdan keçən istifadəçilər, ödəniş müqabilində Hesab Koin, yaxud Bonus toplamaq seçimi əldə edirlər. Hesab Koinlərə və Bonuslara “Dərhal Dəyiş” bölməsində hədiyyə və endirimlər təklif olunur. Eyni zamanda, ödənişlər qarşılığında qazanılan Hesab Koinlər növbəti ödənişlər üçün də sərf edilə bilər.
Qeyd edək ki, 2-QAT qazandıran kampaniya 20 Sentyabr 2021-ci il tarixinədək davam edəcək.
Kampaniya barədə daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub



























