Subsidiya alınması üçün sığortalanacaq bitkilərin - SİYAHISI TƏSDİQLƏNDİ
Sığortalanması tələb olunan bitkilər arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limondur.Azərbaycanın kənd təsərrüfatı sektorunda subsidiyalarının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı təsdiqlənib.
Bu barədə Marja-ya Aqrar Sığorta Fondunun ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, qarşıdakı mövsümdə sözügedən tələb 7 bitkiyə aid olacaq. Bunlar - arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limondur.
Sığortalanacaq məhsulların siyahısı hər il Aqrar Subsidiya Şurası tərəfindən müəyyən ediləcək. Adı çəkilən bitki növlərinin 10 hektardan artıq əkin sahəsi üçün subsidiyalar aqrar sığorta müqaviləsi imzalanmaqla ayrılacaq.
Qeyd edək ki, sözügedən bitkilər ölkənin ərzaq təhlükəsizliyi və qida ilə təminatı, o cümlədən heyvandarlığın inkişafı və ixrac imkanları üçün mühüm rola malikdir. Eləcə də bu bitkilərin becərilməsi ilə minlərlə fermer, sahibkar, yüz minlərlə bölgə əhalisi məşğul olur.
Həmin sahələrin sığortalanması ölkənin ərzaq təhlükəsizliyi ilə yanaşı, bu sahədə təhlükəsiz biznes mühiti yaradacaq, fermerlərin gəlirlərini və qazancını qoruyacaq, eləcə də bölgə əhalisinin davamlı məşğulluğuna dəstək verəcək.
Xatırladaq ki, yeni tələb ölkə üzrə təsərrüfatların sayca cüzi hissəsini əhatə edir. Ölkə üzrə orta rəqəmləri əsas götürsək, bir hektar taxıl sahəsinin sığorta haqqı regionlar üzrə əsasən 8-12 manat arasında dəyişir ki, bu da dövlət tərəfindən fermerlərə ödənilən əkin subsidiyasının cüzi hissəsini təşkil edir və fermerlər üçün əlavə ciddi maliyyə öhdəliyi yaratmayacaq.
Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini əsas risklərdən – təbii fəlakət, fırtına, qasırğa, dolu, yanğın və üçüncü şəxslərin hərəkətlərindən qoruyur.
Əlavə ödəniş müqabilində əkin sahələrini bitki xəstəlikləri və ziyanvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən də sığortalamaq mümkündür. Aqrar sığorta qaydalarına əsasən, əkin sahələrinin sığortası üzrə hesablanmış sığorta haqqının 50%-ni fermerlərə dəstək məqsədilə dövlət ödəyir.
Qısa müddətdə ölkənin əksər rayonunda aqrar sığorta geniş tətbiq edilir. Artıq sığorta hadisələri üzrə ödənişlərin verilməsinə də başlanılıb.
Fermerlər əkin sahələrini sığortalamaq üçün əkinlərin bəyanından əvvəl birbaşa olaraq Aqrar Sığorta Fonduna, aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinin yerli ofislərinə müraciət edə və ya 1651 nömrəsinə zəng edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
16 saat əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
-
22 saat əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb












.jpg)









.jpg)
