Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi! - VİDEO
Şirkət 27 abituriyent və Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin 16 nəfər tələbə adını qazanmış övladına dəyərli hədiyyələr təqdim edib(®️) 15 sentyabr Bilik Günü ərəfəsində ölkənin lider mobil operatoru “Azercell Telekom” bu dəfə yenicə tələbə adını qazanmış gənclərimizə yönəlik daha bir sosial təşəbbüslə çıxış edir.
Belə ki, 2021-ci il Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanları zamanı ən yüksək bal toplayan 27 abituriyent və Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin 16 nəfər ali məktəblərə yollanan övladına onların tədris həyatında əsl yardımçıya çevriləcək hədiyyələr təqdim etdi.
Dövlət İmtahan Mərkəzi və “Zəfər” İctimai Birliyinin test imtahanlarının nəticələri üzrə təqdim edilmiş siyahıları əsasında seçilən 43 nəfər abituriyent Azercell-dən 12 ay müddətində aktiv olacaq GencOl 6 tarifinə qoşulmaq imkanı qazandı. Xatırladaq ki, GəncOl 6 tarixi çərçivəsində tələbə-abunəçi aylıq 3GB mobil internet, 300 tarifdaxili dəqiqə, Azercell-in tətbiqlərindən istifadə etmək üçün 3GB və WhatsApp proqramında pulsuz yazışma imkanı qazanır. Bundan əlavə, Respublika üzrə ən yüksək bal yığmış yeddi abituriyent və dörd şəhid övladı şirkətdən hədiyyə olaraq 64GB Samsung Galaxy planşetini də hədiyyə aldı. Müxtəlif informasiya resurslarına rahat və operativ çıxış imkanının vacib olduğu bir dövrdə həmin hədiyyələr tələbələrin əlavə bilgilərlə bağlı ehtiyaclarını qarşılamaqda yardımçı olacaq.
Qeyd edək ki, “Azercell Telekom” hər il məktəbli və tələbələr üçün zəngin məlumat mənbəyi olan müxtəlif rəqəmsal xidmətlərdən yararlanmaq məqsədilə yeni imkanlar təşkil edir, istedadlı tələbələrə təqaüd və təcrübə proqramları həyata keçirir.
44 günlük Vətən müharibəsi zamanı canlarından keçən igid şəhidlərimizin ailə üzvləri üçün şirkət tərəfindən müxtəlif sosial təşəbbüslər, peşəkar inkişaf və dil bilgilərinin artırılmasına yönəlik onlayn təlimlər keçirilməsinə dəstək verilir. Yüksək əzmkarlıqla qəbul imtahanlarına hazırlaşaraq ali məktəblərə qəbul olan istedadlı gənclərimizlə qürur duyuruq!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
12 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
13 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
15 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti









.jpg)

















