Azərbaycanın bank sektoru kiçilib - SON RƏQƏMLƏR

Azərbaycan Mərkəzi Bankı 31 avqust 2021-ci il tarixinə olan bank sektorunun əsas göstəricilərini açıqlayıb.
Marja göstəricilərə istinadən xəbər verir ki, iyul ayının sonu ilə (31.07.2021) müqayisədə avqustda bank sektorunun cəmi aktivləri 241,4 milyon manat və ya 0,7% azalaraq 33 milyard 426,7 milyon manata geriləyib. İyulun sonunda sektroun cəmi aktivləri 33 milyard 668,1 milyon manata çatmışdı.
Cəmi aktivlərin düşməsinin əsas səbəbi "digər aktivlərin" 488,7 milyon manat azalması ilə əlaqədardır.
KREDİT PORTFELİ 15 MİLYARD MANATI KEÇİB
İyul ayı ilə müqayisədə Avqustda bankların kredit portfeli (müştərilərə verilən kreditlər) 240,3 milyon manat artaraq 15 milyard 206,8 milyon manata, xalis kreditlər (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric kreditlər) 224,3 milyon manat artaraq 13 milyard 981.9 milyon manata çatıb.
DEPOZİTLƏR AZALIB
Avqustda bankların cəmi öhdəlikləri 286,7 milyon manat azalaraq 31 avqust 2021-ci il tarixində 28 milyard 613 milyon manat təşkil edib. O cümlədən avqustda cəmi depozitlər 99.6 milyon manat azalaraq 22 milyard 749,7 milyon manata düşüb.
İyul ayı ilə müqayisədə Avqustda bankların cəmi kapitalı 45,3 milyon manat artaraq 4 milyard 813,7 milyon manata yüksəlib. 2020-ci ilin sonu ilə müqayisədə (8 ayda) bankların cəmi kapitalı 114,5 milyon manat artıb.
XALİS MƏNFƏƏT CÜZİ ARTIB
Azərbaycanın bank sektoru 2021-ci ilin 8 ayını 455,2 milyon manat xalis mənfəət ilə başa vurub. 2020-ci ilin 8 ayı ilə müqayisədə bank sektorunun xalis mənfəəti 17,5 milyon manat və ya 4% artıb.
Sektor ötən ilin yanvar-avqust dövrünü 437,7 milyon manat xalis mənfəət ilə bağlamışdı.
Azərbaycanın bank sektorunun 2021-ci ilin 8 ayında faiz gəlirləri 1 milyard 362 milyon manat, qeyri-faiz gəlirləri 576.2 milyon manat təşkil edib (vəmi 1, milyard 938.2 milyon manat). 2020-ci ilin 8 ayında sektorun faiz gəlirləri 1 milyard 267.7 milyon manat, qeyri-faiz gəlirləri 425.8 milyon manat təşkil etmişdi (cəmi 1, milyard 693.5 milyon manat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
