93 min manat maaş verilir, sürücü çatışmır - MARKETLƏR BOŞALIB
Böyük Britaniyada şirkətlər yük maşını şoferi tapa bilirlər. Məhsulları daşıyan olmadığından satış nöqtələrində qıtlıq yaranıb, qiymətlər yüksəlib.Böyük Britaniyada yük avtomobili sürücüsü çatışmır. Ölkədə maye yanacaq daşınmasında böhran yaşanır.
Marja xəbər verir ki, İngiltərə şirkəti BP, bəzi yanacaqdoldurma məntəqələrini bağlamaq məcburiyyətində qaldığını açıqlayıb. Benzinin litrinin qiyməti ölkədə 1,35 sterlinqə (3.14 manata) yüksəlib və bu son illərin ən yüksək səviyyəsidir.
Böyüyən böhran süpermarketlərə də mənfi təsir edir. Bəzi supermarketlər cümə axşamı günü rəflərini doldurmaqda çətinlik çəkiblər. Ölkənin ən böyük mağazalar şəbəkəsi "Tesco" yük maşını sürücüsü çətinliyi səbəbilə tədarükdə (malların alınmsında) problemlər yaşadığını açıqlayıb.
Böyük Britaniyanın Avropa Birliyindən çıxmaı əmək bazarında da elastikliyin ortadan qalxmasına gətirib çıxarır. Eyni amanda ölkə enerji böhran ilə də boğuşur. Təxminən 1,5 milyon ailəyə xidmət göstərən şirkətlər təbii qaz qiymətləri yüksəldiyindən müflisləşiblər.
Böyük Britaniyada son bir ildə ağır yük avtomobili şoferlərinin maaşları 30% artaraq illik 40 min sterlinqə (93 min manat) çatıb. Şirkətlər sürücülərə əlavə bonuslar da ödəyirlər. Buna baxmayaraq ölkədə bu sahədə işçi şatışmazlığı çox ciddi hiss olunur.
Ölkədə işçi çatışmazlığı probleminin səbəblərindən biri də pandemiyadır. Pandemiya başlayandan bəri hökumətdən maaş dəstəyi alan xidmət sektoru işçiləri işə qayıtmaqda istəksizdirlər.
İqtisadiyyat bərpa olunduqca müəssisələr üçün işçi tapmaq çətinləşir.
Analitiklər bildirirlər ki, pandemiya dövründə tətbiq olunan karantin tədbirləri iqtisadi aktivliyi və məşğulluğu ciddi azaltdı. İşçilərə ödənilən yardım qismən bu vəziyyəti kompensasiya etsə də hazırda arzu olunmayan nəticələrə səbəb olur. Yardımlardan faydalananlar Sentyabr ayının sonuna qədər işə qayıtmağı düşünmürlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 23 saat sonra
-
-
20 d. əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 26 d. əvvəl
-
13 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
15 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
18 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib






















